Cümə günü, 20 noyabr 2026
     

Yaxın Şərqdə "geosiyasi inqilab" - PKK-nın sonu çatır, Əsədə Rusiya və Türkiyənin münasibəti eyniləşir...

Image


Türkiyə və Rusiya arasında münasibətlərin normallaşmağa doğru getdiyi bir vaxtda kürd probleminin Ankara üçün necə çözüləcəyi də əsas müzakirə predmetlərindən birinə çevrilib. Söhbət əsas etibarı ilə PKK quplaşmasından, onun Suriyadakı qolu olan PYD-dən gedir. Hesab olunur ki, Rusiya ilə razılıq əldə etdikdən sonra Türkiyə, təkcə ölkə daxilində yox, Suriya ərazisində də PKK-ya qarşı hərbi əməliyyatların miqyasını genişləndirə biləcək.
Hazırda Türkiyənin daxilində PKK-ya qarşı əməliyyatlar intensivliklə davam etdirilir. Belə bir vaxtda Türkiyənin Diyarbəkir şəhərinin Lice rayonunda PKK terror təşkilatına məxsus 3 mağara və 16 yeraltı sığınacaq aşkar edilib. Türkiyə Silahlı Qüvvələri və polis əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində əldəqayırma partlayıcı qurğular, həmin partlayıcı qurğuların hazırlanmasında istifadə edilən müxtəlif çəkili qaz balonları və digər ləvazimatlar, minaatanlar, minalar, pulemyotlar, tapançalar, tüfənglər, qumbaralar. müsadirə olunub. Məlumata görə, sığınacaqlardan birinin sahəsi 250 kvadratmetrdir. Ümumiyyətlə, sığınacaqlarda terrorçuların təlim keçmələri, "təhsil" almaları və s. üçün hər cür şərait yaradılıb. Hətta bəzi sığınacaqlar əkin tarlalarının yaxınlığında yerləşir. Amma Türkiyə üçün maraq doğuran məqam PKK-ya ölkə xaricindən gələn dəstəyin dayandırılması, həmçinin kənarda PKK bazalarının məhv edilməsidir. Özü də bu, PKK-nın və digər kürd qruplaşmalarının müstəqil dövlət yaratmaq istiqamətində atmaq istədikləri addımlar fonunda daha aktual xarakter kəsb edir. Rusiya ilə normallaşan münasibətlər Türkiynin bu səpkidə addımlar atmasına əlverişli şərait yaradır. Amma PKK təşkilatının Suriya qolu olan PYD-nin həmsədri Saleh Müslim Livanın "Əl-Hayat" qəzetinə deyib ki, Türkiyə və Rusiya arasında əlaqələrin yenidən normallaşması onların muxtariyyət proqramına təsir etməyəcək. O, Rojovada federasiyadan imtina edilməyəcəyini və Afrin ilə Kobani kantonlarını birləşdirəcəklərini bildirib: "Qərbi Kürdüstanda (Suriyanın şimalı) ABŞ-ın 3 bazası var. ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya və Vaşinqtonun dəstəyinə güvənirik. Xariclə diplomatik əlaqələrin inkişaf etdirilməsinin önünü açan və kürdlərə aid ayrı bir bayrağın qəbulu da daxil olmaqla 85 maddədən ibarət federal Konstitusiyanın əlyazmasını hazırlayırıq". Qeyd edək ki, Ankara Suriyanın şimalında kürd muxtariyyətinin qurulmasının qəti şəkildə əleyhinədir. İndi Rusiya ilə münasibətlərini qaydaya salan Türkiyə Suriyanın şimalında kürd yaraqlılarına asanlıqla zərbə endirmək imkanı da qazanır. Moskva ilə münasibətlərinin yumşalması və kürd yaraqlılarının zərərsizləşdirilməsi fonunda Ankara, istisna deyil ki, Bəşər Əsədlə bağlı Rusiyaya müəyyən güzəştlərə getsin.
Böyük Britaniyanın "Financial Times" nəşri də yazır ki, Türkiyə və Rusiya Suriya üzrə mövqelərinə yenidən baxır. "Financial Times" qeyd edir ki, İstanbulun Atatürk Hava Limanında 45 nəfərin ölümü, 240 nəfərin yaralanması ilə nəticələnən terror aktı Ankaranı Suriya siyasəti üzərində yenidən düşünməyə vadar edib: "Terror hücumuna görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməsə də, Ankara İŞİD-i gunahlandırır. Terror qruplaşması Suriyadakı beşillik müharibə fonunda öz mövqelərini möhkəmləndirib və Türkiyə-Suriya sərhədinin xeyli hissəsinə nəzarət edir. Türkiyə hökumətinə yaxın nəşrlər də hesab edir ki, İŞİD-in hücumları Ankaranın mövqeyinin dəyişməsi üçün əsaslar verir. Vaşinqton Atlantik Şurasının əməkdaşı Eyron Şteynin fikrincə, Türkiyə Suriyada öz mövqeyini "kiçiltmək" istəyir. Ekspert qeyd edir ki, kürd rəqiblərinin zərərsizləşdirilməsi və İŞİD-in zəiflədilməsi Ankaranın prioriteti olacaq. O hesab edir ki, bu məqsədlərə çatacağı halda, Türkiyə Suriyada rejimin dəyişməsi haqqında tələblərindən imtinaya əvəz olaraq Rusiyanın dəstəyinə bel bağlaya bilər. Türkiyə tərəfindən dəstəklənən Suriya müxalifətinin bəzi liderləri isə hesab edir ki, Ankara və Moskva arasında münasibətlərdə baş verən istiləşmənin nəticələrini tezliklə hiss edəcəklər. Onlar, həmçinin iddia edirlər ki, mümkün dəyişikliklər heç vaxt hədəflərinin reallaşdırılmasına təsir etməyəcək. "Fastakim Kama Umirt" qruplaşmasının liderlərindən olan İzzəddin əl-Salameh hesab edir ki, türklər müxalifətdən qəti şəkildə üz döndərməyəcək: "Çünki bu onların strateji maraqlarına zidd olardı". Amma Türkiyə hakimiyyəti bu yaxınlarda kəşfiyyatın Suriya istiqamətinə cavabdeh şəxsini vəzifəsindən uzaqlaşdırıb ki, bu da Bəşər Əsəd rejimi ilə bağlı sərt mövqedən uzaqlaşmanın və hətta Dəməşq rejimi ilə sövdələşmənin mümkünlüyünə işarədir. Hər halda, bütün bunlar Türkiyənin Suriya siyasətində mümkün dəyişikliklərlə bağlı ehtimallardır. Çox güman ki, Ankaranın Suriya ilə bağlı siyasətinin yeni cizgiləri Ərdoğanın Putinlə görüşündən sonra daha aydın şəkildə görünəcək".
Hazırda Türkiyə üçün əsas problemlərdən biri kürdlərin həm də ABŞ tərəfindən dəstəklənməsidir. ABŞ-ın Türkiyədə pozuculuq fəaliyyəti ilə məşğul olan terrorçu PKK və onun Suriyadakı PYD və YPG kimi qollarını silahla təchiz etməsi, Ərdoğana münasibətdə problemlərin olması Ankaranı məyus edən amillərdən sayılır. Türkiyəyə qarşı terror hücumlarının gücləndiyi, İraq və Suriyada döyüşlərin getdiyi, qaçqın axınının çoxaldığı bir vaxtda Almaniya parlamentində "erməni soyqırımı"nın tanınması haqqında qətnamənin qəbul edilməsi, ABŞ və Avropa dövlətlərinin Türkiyəyə terrorçu kürd qruplaşmaları ilə bağlı təzyiqləri artırması fonunda rəsmi Ankara perspektivdə təklənməyə doğru sürüklənir. Bu da Ankaranı Moskva ilə daha çox yaxınlaşdırır.
Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 12:59
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ