Cümə günü, 20 noyabr 2026
     

Qarabağ separatçı rejimi Azərbaycanın hərbi aviasiyası ilə təkbətək qaldı...

Image


Aviasiyamız erməniləri qorxuya salıb

Məlum olduğu kimi, bu günlərdə Ermənistan parlamenti Rusiya və Ermənistan arasında kollektiv təhlükəsizlik üzrə Qafqaz regionunda hava hücumundan vahid müdafiə sisteminin yaradılması haqqında" sazişi təsdiq edib. Xatırladaq ki, Rusiya və Ermənistan müdafiə nazirləri Sergey Şoyqu və Seyran Ohanyan arasında "Rusiya və Ermənistan arasında kollektiv təhlükəsizlik üzrə Qafqaz regionunda hava hücumundan vahid müdafiə sisteminin yaradılması haqqında" saziş 2015-ci-ilin dekabrında imzalanıb.
Hökumət isə sübut etməyə çalışır ki, bu saziş Ermənistana vacibdir. Çünki Ermənistanın özünün vaxtaşırı böyük vəsaitlər xərcləyib havadan müdafiə sistemlərini yeniləməyə imkanı yoxdur. Mövcud vasitələr isə sürətlə köhnəlir, çünki texnologiya durmadan inkişaf edir. Amma müxalif qüvvələr, əslində ölkənin bununla tam Rusiyanın nəzarətinə keçdiyini bildirir. Erməni ekspert Tiqran Xzmalyan deyir ki, sazişin imzalanması ilə Ermənistan hədəf olacaq":Sazişin imzalanması səhv addımdır, xəyanətdir. Bu razılaşmanı imzalamaqla biz yalnız Azərbaycana deyil, bütün dünyaya müharibə elan edirik. Bu razılaşma ilə Ermənistanın gələcəyi sakit şəkildə Rusiyaya satılacaq". Ermənistandakı "Modus Vivendi" mərkəzinin direktoru, qərbmeylli ekspert Ara Papyan isə iddia edir ki, Ermənistanın Rusiya ilə hava hücumundan vahid müdafiə sisteminin yaradılmasına dair sazişi ratifikasiya etməsi Qarabağda yeni müharibənin başlanması risqini artırıb: "Bu saziş Ermənistanı zəiflədir. Azərbaycanın böyük aviasiyası var, ancaq apreldəki 4 günlük müharibə zamanı istifadə etmədi. Çünki bizim güclü havadan müdafiə sistemimiz var. Qarşıya vəzifə qoyulub ki, bizim bir daha HHM sistemimiz olmasın, artıq Qarabağın da özünün HHM sistemi yoxdur. Azərbaycan gələn dəfə müharibədə aviasiyadan istifadə edəcək və bu da bizim itkilərimizin sayını artıracaq".
Xatırladaq ki, Rusiya və Ermənistan arasındakı saziş Ermənistanın vahid havadan müdafiə sisteminin köməyilə Azərbaycan təyyarələrini Qarabağ üzərində hədəfə almaq səlahiyyəti vermir. Bu ancaq Azərbaycan təyyarələrinin Ermənistan hava sahəsinə daxil olması halında mümkün ola bilər. Rusiyanın MDB İnstitutunun direktor müavini Vladimir Yevseyev deyir ki, Ermənistan onsuz da Rusiyanın HHM sistemlərinin arxasında gizlənmişdi. Çünki Rusiya HHM qüvvələrinin elementləri Ermənistan ərazisində yerləşir. Amma bu aviasiyadan Azərbaycana qarşı istifadə edilməsi Qarabağda mümkün deyil. Digər tərəfdən. Azərbaycan hərbi hava qüvvələri də Qarabağdakı ermənilərin HHM sistemini dəf etməkdə və düşmənə ciddi zərbə vurmaqda çətinlik çəkməyəcək. Özü də nəzərə alaq ki, Qarabağda mümkün döyüş əməliyyatları zamanı hərbi aviasiyadan geniş istifadə etməyə ehtiyac yoxdur. Aviasiya sahəsində rusiyalı ekspert Vadim Lukaşeviç də bu fikirdədir ki, birləşmiş HHM sistemi Ermənistanı hava hücumlarından qoruyacaq. O cümlədən Azərbaycan aviasiyasının hücumlarından. "Münaqişə yenidən qızışsa, Azərbaycan daha az əlverişli mövqedə olacaq. Çünki Ermənistan Rusiya ilə vahid havadan müdafiə sisteminə daxil olub. Ancaq o başqa məsələdir ki, Azərbaycan ümumiyyətlə Ermənistana hücum etməyə hazırlaşırmı? Hərbi əməliyyatlar ancaq Qarabağla məhdudlaşacaqsa, məhz Moskva düşünməli olacaq ki, vahid HHM sistemini işə salsın, ya yox". Ermənistanda isə şübhə edirlər ki, vahid havadan müdafiə qüvvələri İrəvanın əmri ilə hərəkət edəcək. Müxalif deputat Nikol Paşinyan bildirir: "Siz deyirsiniz ki, burada Rusiyanın qırıcıları var və zərurət yaransa biz onlardan istifadə edə bilərik. Rusiya eskadrilyasına Ermənistan HHM komandanlığı əmr versə ki, havaya qalxsın, Rusiyadan müvafiq əmr gəlməsə təyyarələr havaya qalxacaq, ya yox?. Əlbəttə yox".
Erməni ekspert Naira Ayrumyan isə bildirir ki, istənilən halda Qarabağ məsələsində Rusiya İrəvanı güzəştə vadar edəcək":Yaxşı münasibətlər fonunda Rusiya Ermənistanı buna məcbur edə bilmir. Onun üçün də Ermənistanı özünə düşmən edərək, onu intihara sövq edir. 1990-cı illərdə Qarabağ münaqişəsinin nizama salınması üçün iki variant - paket və mərhələli həll variantları təklif olunurdu. Həmin dövrdən sonra Rusiya Ermənistanı tamamilə ələ keçirdi. Kommunikasiya, energetika və digər mühüm sahələr rusların əlindədir. Ermənistan buna müqavimət göstərməməyi üstün tutdu. Buna görə də Rusiya Ermənistanı Qarabağ məsələsində güzəştə getməyə məcbur etmədi. 1998-ci ildə isə Qərb tərəfindən "ümumi dövlət" variantı təklif olundu ki, bunu Azərbaycan rədd etdi. Güman ki, bu variantın təklif olunmasından sonra Bakı Rusiyaya məxfi nümayəndələr göndərərək, Moskvanın daha əlverişli olan təklifləri haqda düşünməyə başladı. 2011-ci ildə rusların irəli sürdüyü "Kazan sənədi" də rədd olundu. Çünki bu, daha çox, Rusiyanın maraqlarına xidmət edirdi. Sonra Rusiya Ermənistanı Avropa Birliyindən imtina edərək Avrasiya İttifaqına daxil olmağa məcbur etdi. Bütün bunlara baxmayaraq, rəsmi İrəvan lal olub susdu, heç bir etiraz bildirmədi. Aprel müharibəsindən sonra isə Ermənistan Rusiyaya, sadəcə, kiçik bir etiraz etdi, lakin münasibətləri korlamadı. Rusiya isə bu illər ərzində Qarabağı Azərbaycana qaytarmaq üçün səbəblər axtarır".
Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ