Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Xarici İşlər Nazirləri Şurasının bu gün İrəvanda keçirilən toplantısında Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat qəbul edilib.
APA-nın "news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan toplantının yekunları ilə bağlı keçirdiyi brifinqdə məlumat verib.