Rusiya Dağlıq Qarabağ münaqişəsini nizamlamaq üçün böyük səylər göstərir. Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Yerevanda jurnalistlərə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, məhz bu məqsədlə Rusiya XİN rəhbəri Sergey Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Xarici İşlər Nazirləri Şurası (XİNŞ) çərçivəsində ikitərəfli görüşlər keçirir.
Qeyd edək ki, bu gün Yerevanda KTMT XİNŞ-in iclası keçirilir.
Bu arada Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərin işləri üzrə komitəsinin sədri Leonid Slutski ümid edir ki, il ərzində Dağlıq Qarabağ münaqişəsini "ölü nöqtə"dən tərpətmək mümkün olacaq.