Bazar ertəsi günü, 18 may 2026
     

Tarixdə iz buraxanlar: Sultan IV Murad xan

Image


Sultan IV Murad xan Osmanlı sultanlarının on yeddincisi, İslam xəlifələrinin səksən ikincisidir. Sultan IV Murad xan 27 iyul 1612-ci ildə İstanbulda anadan olub. Atası I Sultan Əhməd xan, anası Mahpeyker Kösem sultandır. Murad xan İslam tərbiyəsi və əxlaqı ilə yetişdirildi. Əndərun məktəbindəki müəllimlərdən xüsusi dərslər aldı.
Gənc Osmanın başına gələn acı fəlakət və yerinə keçən əmisi Mustafa xanın qısa bir müddət sonra taxtdan endirilməsi nəticəsində hələ on bir yaşında ikən 1623-cü il sentyabr ayının 10-da Osmanlı taxtına çıxdı. Əyyub Sultan həzrətlərinin türbəsində müəllimi Əziz Mahmud Xudainin əlindən qılıncını qurşandı. Sultan IV Murad xanın yaşı çox az olduğuna görə dövləti idarə etməkdə çətinlik çəkəcəyi düşüncəsilə anası Mahpeyker Kösem sultanın səltənət naibəsi təyin edildi.
Sultan IV Murad xan taxta çıxdığında daxili və xarici işlərdəki qarışıqlıqlar davam edirdi. İdarə işləri qarışıqlıq içərisində olduğuna görə yeniçəri və feodal əsgərlər hər tərəfdə zorakılıq edirdilər. Qəyyum vəziyyətində olan anası Mahpeyker Kösem sultanın yardımı ilə bacarıqlı dövlət adamları və komandanlar iş başına gətirildilər. Nəticədə, yaranmış vəziyyət bir az düzəldi.
Bu zaman İran şahı I Abbas (1588-1629-cu illər) Osmanlı sərhədlərini keçib Bağdadı işğal etdi və 30 minə yaxın müsəlmanı vəhşicəsinə qılıncdan keçirdi. Rus kazakları isə qayıqlarla gəlib Qara dəniz sahilindəki bəzi kəndləri yandırıb-yaxdılar. 1625-ci ildə vəzirliyə gətirilən Hafiz Əhməd paşa kazak quldurlarına və səfəvilərə qarşı hərəkətə keçdi. Köstəncədə kazakların 250 qayığı batırıldı, dörd minə yaxın kazak öldürüldü. Şah Abbasın Bağdaddakı zülmünə qarşı çıxmaq üçün Bağdada ordu göndərdi. Nəticədə, 1625-ci il noyabr ayının 11-də Bağdad mühasirə altına alındı. Ancaq yeniçərilərin üsyan etmələri nəticəsində Bağdad mühasirəsini qaldıran Vəzir Hafiz paşa İraqın şimalını və cənubunu abbasilərin işğalından qurtardı.
1628-ci il aprel ayının 6-da vəzirliyə gətirilən Xosrov paşa sentyabr ayının 22-də Abxaz Məhməd paşanı yola gətirib sakitləşdirdi. 1630-cu il may ayının 5-də səfəvilərə qarşı Mihribanda, 14 iyun 1630-cu ildə isə Cəmhalda zəfər qazandı. Beləcə, iranlılar məğlub olduqda Anadoluda asayiş təmin edildi.
Sultan IV Murad xanın yaşının azlığından istifadə edən yeniçərilər İstanbulda zorbalıqlarını artırır və əhaliyə qarşı olan pis rəftarlarını daha vəhşiyanə hala gətirir, Vəzir Xosrov paşanın zülmünü bəhanə edərək qarışıqlıqlar çıxarıb saraya qarşı üsyan edirdilər. Hətta bir dəfə saraya hücum edərək yeni vəzir Müəzzimzadə Hafiz Əhməd paşanı öldürdülər (1632-ci il).
Taxta çıxdığı gündən etibarən bütün hadisələri diqqətlə izləyən Sultan IV Murad xan 1632-ci il iyun ayının 8-də dövlətin idarəsini ələ aldı. Üsyançıların başçısı olan Topal Rəcəb paşanı öldürtdü. Yeniçəri və feodal ocaqlarını söndürərək zorakılıqların və özbaşınalıqların qarşısını aldı. Qəhvəxanaları və meyxanaları bağlatdırdı, tütünü, içkini qadağan etdirdi. Əmrə riayət etməyənlərə ciddi və şiddətli cəzalar veriləcəyini elan edib hər şeyi nəzarəti altına aldı.
Sultan IV Murad xan Polşa kazaklarının Qara dənizdə Osmanlı sahillərinə və Rumelidə Dunay sahillərinə etdikləri təcavüzlərin qarşısını almaq üçün 1633-cü ilin aprel ayında Polşa səfərinə çıxdı. Osmanlı ordusu Ədirnəyə gəldikdə Polşa hökuməti sülh istədi. 1634-cü ildə imzalanan "Osmanlı-Polşa müqaviləsi"nə görə, kazak yürüşlərinə son verilməsi, Polşa kralının Krım xanlarına və Osmanlı sultanlığına vergi verməsi və əsirlərin ikitərəfli dəyişdirilməsi qərara alındı.
Sultan IV Murad xan Səfəvi hücumlarının qarşısını almaq üçün də ordunun başında səfərə çıxmağa qərar verdi və səfər hazırlıqlarına başladı. 1635-ci il mart ayının 18-də İrəvan səfərinə çıxan Sultan IV Murad xan əvvəlcədən müəyyən etdiyi yol üzərində zorakılıq edənləri cəzalandırdı. İyul ayının 27-də İrəvana yaxınlaşdı. Səfər boyunca ordunun başında olub əsgərlərlə əlaqəli olan bütün işlərlə maraqlanan Sultan IV Murad xana qarşı ordu içərisində böyük hörmət və təhlükəsizlik hissi oyanmışdı. İyul ayının 28-də başladılan İrəvan mühasirəsində bütün döyüş planları tətbiq edildi. Mühasirənin ilk gecəsində yaralanan əsgərlərin Sultan IV Murad xan tərəfindən geri çəkdirilərək xəstəxana çadırlarında müalicə etdirilməsi və top atışlarında şəxsən Sultan IV Murad xanın iştirak etməsi əsgərləri ruhlandırırdı. İrəvan qalası yenilmək üzrə ikən səfəvilər müqavilə yolu ilə təslim olmaq istədiklərini bildirdilər. Beləcə, 8 avqust 1635-ci ildə İrəvan qalasının qoruyucusu Təhmasib Qulu xan qalanı Sultan IV Murad xana təslim etdi. Bu təslimatdan sonra İrəvan qalası təmir edildi və içərisinə 12 min əsgər, ləvazimat və ərzaq yerləşdirilərək mühafizə rəhbəri Vəzir Murtuza paşaya təhvil verildi.
1635-ci il sentyabr ayının 11-də Təbriz şəhəri yenidən zəbt edildi. Səfəvi ordusu Osmanlılara qarşı meydan döyüşünə çıxa bilmədi. Araz çayı tərəfindəki Zeynallı tayfasından minə yaxın əhalinin Rasin-Ərzurum, Tərcan-Ərzincan tərəflərindəki boş ərazilərə yerləşdirilmələri əmr olundu. Van və Diyarbəkirdə qalan Sultan IV Murad xan İrəvan səfərinə çıxışından 10 ay sonra 1635-ci il dekabr ayının 27-də İstanbula döndü. Osmanlı ordusu Iərqdən ayrıldıqdan sonra İrəvan qalası 1636-cı il aprel ayının 1-də səfəvilər tərəfindən geri alınıb.
1637-ci il fevral ayının 2-də vəzirliyə gətirdiyi Bayram paşanı Şərq səfəri sərdarlığına təyin edən Sultan IV Murad xan səfər hazırlıqlarına başladı və 1637-ci il mart ayının 8-də ordusu ilə birlikdə Bağdad səfərinə çıxdı. 16 noyabr 1638-ci ildə Bağdadı mühasirə altına almazdan əvvəl sultandan İmam-i əzəm türbəsini ziyarət etməsi istəndi. Ancaq sultan: "Bağdad əxlaqsızlarının pis ayaqları ilə kirləndirilən o uca imamı ziyarət etməkdən həya edirəm" - cavabını verdi və ciddiyyətlə mühasirə işlərinə başladı. Şəhərdə bilavasitə Bəktaş Xan Türkmənin komandanlığında 40 min nəfərlik bir Səfəvi qarnizonu var idi. Şah Səfi isə atlı ordusu ilə Qəsri-Şirində olub, günbəgün Osmanlı mühasirəsini uzaqdan seyr edir, müdaxilə etməyə cəsarət etmirdi. Sultan IV Murad xan 12 min piyada əsgərini İrana yeridib Şəhriban bölgəsini zəbt etdiyi halda, İran şahını döyüş meydanına çəkə bilmirdi. Şah Bağdaddakı böyük qüvvələrinə güvənir, padşahın mühasirədən təngə gələrək çəkilib gedəcəyini zənn edirdi.
Padşahın və 86 yaşındakı Şeyxwlislam Yəhya bəyin ön sıralarda olduqları bu mühasirədə dəhşətli döyüşlər baş verdi. Mühasirənin 37-ci günündə ön sıralarda qəhrəmanca döyüşərək əsgərini coşduran Vəzir Təyyar Məhməd paşa vurularaq şəhid edildi. Onun yerinə gətirilən Kamankeş Mustafa paşa qeyrətlə vuruşub bir neçə qülləni daha tamamilə ələ keçirdi. Bu müvəffəqiyyətlər nəticəsində mühasirənin 39-cu günü ümumi hücuma qərar verildi. Səhər-səhər başlayan hücum şiddətli döyüşlərə səbəb oldu və çox sayda itki verən səfəvilər qalanı təslim etdilər. Beləliklə, 14 il əvvəl səfəvilərin əlinə keçən Bağdad Osmanlı idarəsi altına girmiş oldu.
Sultan IV Murad xan ilk iş olaraq İmami-əzəm və Seyid Əbdülqədir Geylaninin qəbirlərini ziyarət etdi. Bu böyük insanların türbələri pis düşüncəli səfəvilər tərəfindən təxrib olunmuş, əşyaları qarət edilmişdi. Padşah əmr verib bütün qəbirləri və tarixi əsərləri təmir etdirdi. Şeyxülislam Yəhya bəyi də bu işlərə nəzarət etməklə vəzifələndirdi.
Bu zəfərdən sonra Bağdad fatehi Vəzir Mustafa paşanı ordu ilə Bağdadda qoyaraq İstanbula döndü. Vəzir Mustafa paşa böyük bir hərbi qüvvə ilə İranın daxilinə doğru hərəkətə keçdiyi zaman İran şahı sülh istədi və müqavilə bağlamaq üçün elçilər göndərdi. Vəzir Müstafa paşa ilə İran nümayəndələri və Sarı xan arasında keçirilən görüşlər nəticəsində təxminən bugünkü Türkiyə - İran sərhədləri təsbit edildi və "Qəsri-Şirin müqaviləsi" imzalandı (17 may 1639-cu il). Bu müqaviləyə görə, Bağdad və Bəsrə osmanlılarda, İrəvan səfəvilərdə qaldı. Bundan əlavə, səfəvilərin istər İraq, istərsə də Qars, Axıska və Van tərəflərinə girişməyəcəyinə dair rəsmi yazılar da bağlanan müqavilənin şərtləri arasında qeyd edilib.
Sultan IV Murad xan Şərqdə İranla məşğul ikən Qərbdəki hadisələrdən də günbəgün xəbərlər alırdı. Venediklilərin sərhəd təcavüzlərinə qarşı bu ölkə ilə bütün ticari əlaqələrin kəsilməsini və onlara müharibə elan edilməsini əmr etdi. Ancaq iflic keçirən sultanın vəziyyəti ağırlaşırdı. Buna görə Divan əmri müxtəlif bəhanələrlə 13 gün gecikdirildi. Bu arada Venedik elçisi gəlib Divanın bütün şərtlərini qəbul etdi və müharibə dayandırıldı. Bu hadisələrdən çox keçmədən 1640-cı il fevral ayının 8-dən 9-na keçən gecə sultan vəfat etdi. Sultan IV Murad xanın nəşi Sultan Əhməd camisinin həyətində Şeyxülislam Yəhya bəyin imamlığı altında qılınan cənazə namazından sonra atası I Əhməd xanın türbəsində dəfn edildi.
Sultan IV Murad xan ərəb və qərb dillərini bildiyinə görə məmləkətin bütün məsələlərindən şəxsən özü xəbərdar olurdu. Elmi və elm adamlarını çox sevər, fürsət tapdıqca onların məclislərində iştirak edər və onları yeni ixtiralara doğru təşviq edərdi. Övliya Çələbi və Katib Çələbi kimi alimlər də sultanın təşviq etdiyi adamlar arasında idilər. Sultan IV Murad xan Müqəddəs Qurani-Kərimi oxuyar və ibadətlərini zamanında yerinə yetirərdi.
Ömrünü dövlətə xidmət və Allah Təalanın əmr və qadağalarına itaətlə keçirən bu türk xaqanı əcəmilərin bir çox iftiralarına məruz qalıb.
Bir çox tarixşünaslar Qanunidən sonra ən böyük Osmanlı padşahı olaraq qəbul edilən Sultan IV Murad xanı babası Yavuz Sultan Səlim xana bənzətməyə çalışıblar. Doğrudan da, Murad xanın bir çox vəsfləri onunla uyğun gəlirdi. Ancaq Sultan IV Murad xan Yavuzun sahib olduğu dəyərli dövlət adamlarına və təcrübəyə sahib deyildi. Taxta keçdiyi zaman xəzinə bomboş idi. Vəfat etdiyi zaman isə xəzinədə 15 milyon qızıl pul olub, gümüş pulun sayı-hesabı bilinmirdi. Sultan IV Murad xanın zamanında bütün Avropa başdan-başa gizli xəbərləşmə şəbəkələri ilə sarılmışdı. Avropanın sirləri hər gün Osmanlı sarayına çatdırılır və ona görə qərarlar alınırdı.
Sultan IV Murad xan pozulan dövlət sistemini yenidən yoluna qoydu. İsrafın qarşısını almaq üçün qanunlar çıxardı. Komandanları intizam və itaət altına aldı, asayişi təmin etdi. O vəfat etdikdə arxada etibarlı və güclü bir dövlət buraxdı. Ən kiçik günahları belə məmləkətin sağlamlığı üçün cəzalandırmaqdan çəkinməyən Sultan IV Murad xan həm də çox mərhəmətli bir xan idi. Müharibə zamanı yanında qurdurduğu səyyar xəstəxanalardakı yaralı və xəstələri ziyarət edər, onlarla yaxından maraqlanardı. Qocalara və yetimlərə sahib çıxardı. Din və dövlətin xeyrinə iş görənləri mükafatlandırardı. Sultan IV Murad xanın dövründə qazanılan zəfərlərlə yanaşı, daxildə çox sayda alim, şair, tarixçi və sənətkarlar yetişərək bizlərə qiymətli əsərlər bəxş etmişlər.
Fazil QARAOĞLU,
professor



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

2-ci Qarabağ müharibəsini yarımçıq dayandırmağa çalışan ölkələr... təzyiqlər keçmədi...

Keçmiş hakimlərin vəkil işləməsi hüquq dövlətçiliyinə ziddir...niyə?...

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

18.05.2026 / 17:31
Neftin qiyməti 180 dollara qədər yüksəlir - Azərbaycan üçün yeni imkanlar yaranır

18.05.2026 / 17:11
Bəzi ölkələrdə ərzaq panikası, polis reydləri, "Toyota" çökür - Hörmüzün fəsadları...

18.05.2026 / 16:55
Azərbaycanın üzərindən tranzit yükdaşımalar 14 milyon tonu keçdi...

18.05.2026 / 16:45
Trampdan gözlənilməz qadağa - kiber texnologiyalarda Çindən zəif olduğunu etiraf etdi...

18.05.2026 / 16:23
İlham Əliyev TDT-yə XXI əsrin “böyük hədəfini” göstərdi...

18.05.2026 / 16:19
Tramp neft ixracı ilə bağlı Rusiyanın çox gözlədiyi qərarı vermədi...

18.05.2026 / 16:10
“Robun itləri, Serjin itləri, Qaqonun itləri, hamınızı əzəcəyəm” - Paşinyandan sərt açıqlamalar...

18.05.2026 / 15:53
Trampın ardınca Putin dərhal Çin səfərinə qərar verdi... Kreml narahatdır...

18.05.2026 / 15:47
Əli Əsədov WUF13-ün açılış mərasimi çərçivəsində bir sıra görüşlər keçirib - FOTO

18.05.2026 / 15:46
Türk dünyasının geosiyasi güc mərkəzinə çevrilməsi zəruriliyi

18.05.2026 / 15:42
Ermənistanda seçkiqabağı yayılan bir səs yazısı aləmi qatdı...

18.05.2026 / 15:39
Avropa mahnı nüsabiqəsində də Azərbaycana qarşı qərəz işlətdi...Cəmi 1 səs...

18.05.2026 / 15:38
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü olub - FOTO

18.05.2026 / 15:33
İran hakimiyyətində İsrail casus şəbəkəsinin kökünü kəsdilər...

18.05.2026 / 15:17
ABŞ Qəzzanı Həmasla bölüşdürmək qərarı verdi...

18.05.2026 / 15:15
İqlim dəyişmələrinin ağır təbii fəsadları Bakıda bir daha göründü...

18.05.2026 / 15:01
Əli avtomatlı maskalı şəxslər Paşinyanı hədələdi...

18.05.2026 / 14:54
Kreml bir həftədə 3-cü dəfə Ukraynadan tələb etdi-BMT susdu... -BMT susdu...

18.05.2026 / 14:23
Azərbaycan faktoru Ermənistanda seçkilərin taleyini həll edən əsas amilə çevrilir…

18.05.2026 / 14:12
Prezident İlham Əliyev “Sea Breeze”ə baş çəkməyi tövsiyə etdi

18.05.2026 / 14:03
Prezident Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib

18.05.2026 / 13:55
"Azərbaycan aktual qlobal məsələlərin müzakirəsi üçün mühüm platformaya çevrilib" - Hikmət Hacıyev

18.05.2026 / 13:42
"Ümumdünya Şəhərsalma Forumu məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq" - BMT-nin Baş katibi

18.05.2026 / 13:30
Prezident İlham Əliyev: "Ziyarətçilər Ağdamı Xirosimaya bənzədirlər"

18.05.2026 / 13:23
"Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük" - Prezident

18.05.2026 / 13:22
Prezident: "Biz qədim tariximizlə qürur hissi duyuruq"

18.05.2026 / 13:15
"Bu gün Bakı öz tarixi simasını qoruyub saxlayır" - Prezident İlham Əliyev

18.05.2026 / 13:10
Prezident: "Bu gün qlobal tədbiri təşkil etməklə biz şəhərsalmanın inkişafına böyük sadiqliyimizi nümayiş etdiririk"

18.05.2026 / 13:08
"Ümid edirəm ki, WUF13-ün nəticələri də COP29-un nəticələri qədər uğurlu olacaq" - Prezident

18.05.2026 / 13:05
Prezident İlham Əliyev: "Şəhərsalma elə bir məsələdir ki, biz gündəlik əsaslarla onun üzərində işləyirik"

18.05.2026 / 13:04
"Bakı həm qədimlik, həm də yenilik baxımından göstərir ki, biz tarixi və memarlıq irsimizi qoruyub saxlayırıq" - Prezident

18.05.2026 / 12:59
Prezident: "Ölkəmizə ilk dəfə səfər edən qonaqlar Azərbaycanda şəhərsalma sahəsində görülən işlərlə daha yaxından tanış olacaqlar"

18.05.2026 / 12:54
"WUF13-də rekord sayda iştirakçıları qəbul edirik" - Prezident

18.05.2026 / 12:15
"Bakı yüksəksəviyyəli konfransa ev sahibliyi edir" - Gürcüstanlı nazir

18.05.2026 / 12:04
Bərdədə canavar kəndə hücum etdi...

18.05.2026 / 11:45
Prezident İlham Əliyev və Mehriban Əliyeva Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimində iştirak ediblər - FOTO

18.05.2026 / 11:30
Qlobal Cənub QHT Platformasının WUF13-də ilk tədbiri keçirilir

18.05.2026 / 11:09
I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq

18.05.2026 / 11:05
Hər ay ərzağa nə qədər pul xərcləyirik? - Qeyri-ərzaqların bahalaşma tempi pis deyil...

18.05.2026 / 10:52
WUF13 “Urban Expo” sərgisinin açılışı oldu

18.05.2026 / 10:36
Türk müğənni Haluk Levent WUF13-də konsert proqramı ilə çıxış etdi

18.05.2026 / 10:31
"WUF13-dən sonra insanların ehtiyaclarına cavab verən evlərin tikintisinə daha çox diqqət yetirməliyik" - Kor Minq Nqa

18.05.2026 / 10:05
"May ayında Bakıda bu qədər yağıntı görməmişdim" -- Anar Quliyev

18.05.2026 / 09:53
"Azərbaycanda dağıdılmış şəhər və kəndlərin müasir şəkildə qurulması yeni şəhər inkişaf modelinin yaradılmasıdır" - Komitə sədri

18.05.2026 / 09:48
"Mənzil böhranı artıq qlobal və sistemli çağırışa çevrilib" - UN-Habitat

18.05.2026 / 09:36
WUF13 çərçivəsində assambleyaların birgə bağlanış sessiyası keçirilib

17.05.2026 / 22:31
İraq səhrasında İsrailin İrana qarşı istifadə etdiyi daha bir gizli baza aşkarlandı – birinci bazanı ifşa edən çoban ortadan götürüldü...

17.05.2026 / 21:48
İranda ABŞ və İsrail casuslarına qarşı genişmiqyaslı əməliyyat – saxlananların sayı 6500-ü keçdi...

17.05.2026 / 21:10
Trampdan İrana yeni təhdid - vaxt daralır, əks halda onlardan heç nə qalmayacaq...

17.05.2026 / 20:47
Şavkat Mirziyoyev Azərbaycana səfərə gəlib - FOTO

17.05.2026 / 20:39
İrandan Trampa xəbərdarlıq - yeni hücumun bədəli ağır olacaq...

17.05.2026 / 20:06
"Serbiya Azərbaycanı həqiqi dost ölkə hesab edir" - Aleksandar Vuçiç

17.05.2026 / 19:26
Sadır Japarov Azərbaycana səfərə gəlib

17.05.2026 / 19:07
Prezident İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşüb - FOTO

17.05.2026 / 18:43
WUF13-ün ilk gününün yekunlarına dair bəyanat səsləndirilib

17.05.2026 / 18:25
"Nazirlərin bugünkü iclası Bakıdan Nyu-Yorka gedən yolun bir parçasıdır" - UN-Habitat rəsmisi

17.05.2026 / 17:45
Rusiya Ermənistandan gələn mallara nəzarəti gücləndirir...

17.05.2026 / 17:14
Prezident İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

17.05.2026 / 16:56
Prezident İlham Əliyev BƏƏ-nin energetika və infrastruktur nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

17.05.2026 / 16:50
"Azərbaycanın təcrübələrini öyrənəcəyik" - Braziliya səfiri

17.05.2026 / 16:27
Tramp “Fırtınaqabağı sakitlik” paylaşımı etdi…

17.05.2026 / 16:17
BƏƏ-də nüvə stansiyasına hücum edildi...

17.05.2026 / 16:14
Starmer istefa qərarı verdi - amma şərti var…

17.05.2026 / 16:01
Bolqarıstan Prezidenti İliyana Yotova Bakıya gəldi

17.05.2026 / 15:53
Sabiq millət vəkili Hacıbaba Əzimov vəfat etdi

17.05.2026 / 15:44
Kamran Məhərrəmli vəfat etdi

17.05.2026 / 15:36
ABŞ danışıqlar üçün İranın bütün şərtlərini rədd edən beş yeni təklif irəli sürdü...

17.05.2026 / 15:10
WUF13 çərçivəsində assambleyaların birgə açılış sessiyası keçirilib - YENİLƏNİB

17.05.2026 / 14:56
WUF13 çərçivəsində nazirlər səviyyəsində görüş keçirildi

17.05.2026 / 14:38
Türkiyənin qabaqcıl müdafiə sənayesi şirkəti Azərbaycanda tam səlahiyyətli təmsilçilik şəbəkəsini qurub

17.05.2026 / 14:18
Slovakiya Baş nazirinin müavini Azərbaycana gəldi

17.05.2026 / 14:05
Prezident İlham Əliyev Oljas Süleymenovu təbrik etdi

17.05.2026 / 13:49
WUF13: Xidmət Təchizatçıları Maraqlı Tərəflər Qrupunun açılış iclası başlayıb

17.05.2026 / 13:40
Bakıda intensiv yağışların nəticələri aradan qaldırılır - FOTO

17.05.2026 / 13:35
Vuçiç Bakıya gəldi... - FOTO

17.05.2026 / 13:27
WUF13: Yerli və regional hökumətlərin Ümumdünya Assambleyası keçirilir

17.05.2026 / 13:07
Zelenski qisas sözü verdi - 500-dən çox dronla Moskvaya hücum edildi...

17.05.2026 / 12:45
BMT-nin proqram rəhbəri Azərbaycana təşəkkür etdi...

17.05.2026 / 12:28
Güclü yağışa qarşı gərəkli addımlar atılır...

17.05.2026 / 12:03
Litva rəsmisi Azərbaycanın Ukraynadakı yenidənqurmaya dəstəyini yüksək qiymətləndirdi...

17.05.2026 / 11:51
Özbəkistan Prezidenti Azərbaycana gəlir...

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycan mədəniyyətinin dünyada təbliğinə böyük töhfələr verəcək

XƏBƏR ARXİVİ