Cümə günü, 20 noyabr 2026
     

Vasitəçi dövlətlər Qarabağ münaqişəsinin həllində çox fəal "telefon diplomatiyasına" başladı

Image


Cari ilin aprelində qoşunların təmas xəttində baş verən məlum hadisələrdən sonra Qarabağ münaqişəsinin həlli istiqamətində bir aktivlik müşahidə olunur. Söhbət ondan gedir ki, ABŞ, Rusiya və Fransanın Qarabağ münaqişəsinə dair diplomatik səyləri intensivləşib. Belə ki, Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Fransua Ollandla telefon danışığında Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələlərini müzakirə edib.
Məlumata görə, telefon söhbətində Putin Ollanda iyunun 20-da Sankt-Peterburqda Qarabağla bağlı keçirilən üçtərəfli görüşün nəticələri haqda məlumat verib.
Rusiya və Fransa prezidentləri görüşdə nail olunmuş nəticələrin sülh prosesinin irəliləyişinə imkan yaradılacağına ümidvar olduqlarını dilə gətiriblər. Bu istiqamətdə ATƏT-in Minsk Qrupu çərçivəsində birgə işi davam etdirməyin vacibliyi bir daha vurğulanıb. ABŞ Dövlət Departamenti isə dövlət katibi Con Kerrinin Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışıqlarına dair rəsmi məlumat yayıb. Məlumatda deyilir ki, Con Kerri İlham Əliyev və Serj Sarkisyanı son həftələrdə atəşkəsin əsasən təmin olunduğu Dağlıq Qarabağda gərginlikdən qaçmağa çağırıb: "Kerri müsbət mənada qeyd edib ki, təmas xəttində atəşkəs son həftələr ərzində böyük ölçüdə təmin olunur və prezidentləri sülh prosesinin irəli aparılması üçün gərginlikdən qaçmağa çağırıb". Dövlət katibi ABŞ-ın münaqişənin hərtərəfli nizamlanmasına kömək göstərməyə hazır olduğunu ifadə edib və liderləri Minsk Qrupu çərçivəsində dialoqu davam etdirməyə çağırıb. Xatırladaq ki, bu telefon diplomatiyası Azərbaycan və Ermənistan prezidentlərinin Fransada baş tutacağı gözlənilən növbəti görüşü ərəfəsində baş verir. Belə görüşün baş tutacağı isə rəsmən təsdiq olunub.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isə Dağlıq Qarabağ məsələsində konkret çözüm planının müzakirə edildiyini bildirir: "Biz inanırıq ki, məsələ ilə tam ciddi məşğul olmağımız üçün vaxt çatıb. Bu münaqişə həll olunmalıdır. Addım-addım bu məsələni yerindən tərpətməli və irəliləyişə nail olmalıyıq. Azərbaycan bəyan edib ki, münaqişənin həlli üçün Ermənistan qoşunları Azərbaycan ərazisindən çıxarılmalıdır. Status-kvonun dəyişməsinin vaxtı çatıb, o dayanıqlı deyil. Üzərində iş aparılan sənəd var, biz bu istiqamətdə işləsək, sülhə nail ola bilərik". ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer də bildirir ki, Dağlıq Qarabağ münaqişəsində status-kvonu uzun müddət saxlamaq mümkün deyil. Onun sözlərinə görə, regionda hərbi əməliyyatların başlamasından artıq iki ay vaxt keçib: "Düşünürəm ki, hamı - təkcə münaqişə tərəfləri deyil, həm də ATƏT aydın başa düşür ki, uzun müddət status-kvonu saxlamaq mümkün deyil. Biz hesab edirik ki, münaqişə nə qədər çox davam etsə, hərbi əməliyyatların eskalasiyası risqi bir o qədər artır".
Maraqlıdır ki, erməni mediası da münaqişənin çözümü istiqamətində yeni vəziyyətin yarandığını bildirir. Məsələn, "lragir.am" saytı yazır ki, aprel müharibəsindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı "mərhələli həll" planı gündəmə gəlib. Qeyd olunur ki, "mərhələli həll" variantı Rusiyanın münaqişə ilə bağlı planlarına daxildir: "Aprel döyüşlərindən sonra Bakı və Moskva bu məsələdə razılaşıb. Erməni tərəfi isə "paket həll" variantı ilə razılaşdığını deyib. Faktiki olaraq, İrəvan münaqişənin həllinə, yəni ərazilərin qaytarılmasına hazırdır. Çünki həm "mərhələli həll", həm də "paket həll" variantlarında ərazilərin ən azı müəyyən hissəsinin qaytarılması nəzərdə tutulur. Maraqlıdır ki, aprel eskalasiyasından sonra Rusiya baş naziri Dmitri Medvedyev dolayısı ilə açıqladı ki, münaqişənin iki həll yolu var: ya mövcud status-kvonun tanınması, ya da müharibə. Görünür, ruslar üçüncü yolla gedir".
Sayt Rusiyanın nəzərdə tutduğu üçüncü yolun "mərhələli həll" olduğunu bildirib. İndi hesab olunur ki, Ermənistan münaqişənin bu plan üzrə çözümünə razılıq vermək məcburiyyətindədir. Əks halda problemin hərbi müstəvidə çözümü qaçılmaz olacaq. Elə rusiyalı politoloq Qriqori Trofimçuk da belə vəziyyətdə müharibəni istisna etmir: "Qarabağda müharibənin qarşısı alınmayıb, sadəcə müvəqqəti təxirə salınıb".
Onun sözlərinə görə, aprel döyüşləri sadəcə test idi: "Əslində bu hadisələrin vəziyyətin sonrakı inkişafının yoxlanılması idi. Vyanada və Sankt-Peterburqda müharibənin qarşısı müvəqqəti alındı. Lakin hadisələrin irəliyə doğru getməsi gözləniləndir". Hər halda, prezidentlərin Fransa görüşündə də razılıq olmasa, yeni müharibənin başlanması qaçılmaz sayılır. Görünür, bu müharibəyə yol verməmək üçün vasitəçi ölkələr, o cümlədən Rusiya münaqişənin dinc müstəvidə həllinə nail olmaq üçün fəaliyyətlərini intensivləşdirib.
Nahid SALAYEV 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ