Cümə günü, 20 noyabr 2026
     

Azərbaycanın çətinliklə ərsəyə gətirdiyi kəmər İsrail üçün də həyati önəm alır

Image


Azərbaycanın enerji resurslarını Qərbə çıxaran əsas marşrutlardan biri kimi dəyərləndirilən "Cənub Qaz Dəhlizi" və onun mühüm tərkib hissəsi olan TANAP-a beynəlxalq miqyasda maraq getdikcə artmaqdadır. Belə görünür ki, bu kəmər vasitəsilə öz enerji resurslarını xaricə çıxarmaq istəyən dövlətlərin sayı nəzərdə tutulduğundan da çox olacaq.
Belə ki, Türkiyənin "Hürriyyet" qəzetinə müsahibə verən İsrailin enerji naziri Yuval Steynits bildirib ki, ölkəsi hasil etdiyi təbii qazını TANAP vasitəsilə Türkiyə üzərindən Avropaya ixrac edə bilər. İsrailli nazir qeyd edib ki, İsrailin çox böyük qaz ehtiyatı var və gələcəkdə bu göstərici 2,5 trilyon kubmetrə çata bilər.
TANAP-la bağlı məsələyə aydınlıq gətirən nazir deyib ki, İsrailin bu kəmərə qoşulması hər iki ölkənin xeyrinədir. Steynitsin sözlərinə görə, Türkiyə-İsrail münasibətlərinin normallaşması ilə İsrail qazı Aralıq dənizindən keçən 500-550 kilometrlik boru xətti ilə Türkiyəyə, buradan da Avropaya ixrac edilə bilər: "Bu gün İsrailin 350 milyard kubmetr təbii qaz ehtiyatı var. Lakin ötən il Fransa şirkətlərindən birinin apardığı kəşfiyyat işlərinin nəticəsində məlum olub ki, İsrailin hələ kəşf edilməmiş 2,2 trilyon kubmetr qazı var". İsrailli nazir deyib ki, çəkilməli olacaq boru kəmərini türk şirkətləri reallaşdıracaq və onun da dəyəri 2 milyard dollar civarındadır: "Ən yaxşı proqnozla 2019-cu ildə "Leviafan" yatağından Türkiyəyə qaz vermək mümkündür. Təbii ki, proseslərdən asılı olaraq bu müddət uzana bilər". Bir daha xatırladaq ki, TANAP-da əsas pay Azərbaycana məxsusdur və onunla nə qədər çox qaz nəql edilərsə, ölkəmiz də bir o qədər çox vəsait əldə edər.
Perspektivdə isə "Cənub Qaz Dəhlizi"nə daha çox sayda dövlət qoşula bilər. Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı "Cənub Qaz Dəhlizi" dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Bu zəncirin halqalarını isə "Şahdəniz-2", "Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi" (CQBKG), TANAP və TAP qaz boru kəmərləri layihələri təşkil edir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.
Layihənin icrası məqsədilə Dövlət Komissiyası və "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradılıb. Azərbaycan tərəfindən layihələrin idarə edilməsi SOCAR-ın "SOCAR Upstream Management International" və "SOCAR Midstream Operations" şirkətləri tərəfindən həyata keçirilir. Həmin şirkətlər layihələrin tərkibində yaradılmış bütün komitələrdə iştirak edir və operatorlarla birgə layihənin icrasında əməkdaşlıq edirlər. SOCAR layihələrdə dövlətin maraqlarını təmin etməklə yanaşı, əsas qərarların qəbul edilməsində də iştirakçıdır. "Cənub Qaz Dəhlizi" QSC-də dövlət 51 faiz, SOCAR isə 49 faiz iştirak payına sahibdir. Layihənin maliyyələşdirilməsi isə "Şahdəniz-1"dən əldə edilən gəlirlərin sərmayə olaraq yatırılması, o cümlədən də "Cənub Qaz Dəhlizi" QSC-nin səhm kapitalı, yerli və xarici maliyyə bazarlarından cəlb olunmuş borc vəsaitləri hesabına həyata keçirilir. Hazırda "Şahdəniz-2" layihəsi üzrə işlər uğurla davam etdirilir və qrafiki qabaqlayır.
"Cənub Qaz Dəhlizi" və TANAP layihələrinin enerji modeli qismində həm Türkiyə, həm də bütün Avropa üçün olan əhəmiyyəti və bu layihələrin regiona verəcəyi töhfələr "G20" ölkələri energetika nazirlərinin iyunun 29-30-da Pekində keçirilən toplantısında müzakirə olunub. Türkiyənin energetika naziri Berat Albayrak bununla bağlı bildirir: "Türkiyənin enerji siyasəti milli maraqlardan daha böyük çərçivəni əhatə edir. Təklifimiz özünə məsuliyyətli yanaşma tələb edir və biz bu vəzifələrin öhdəsindən gələ bilmək üçün qətiyyətlə çalışırıq. İnanıram ki, TANAP bu gərgin səylərimizin bariz nümunəsidir. Hamı Azərbaycanla Türkiyə arasında mövcud olan sıx əlaqələrdən xəbərdardır. Biz münasibətlərimizi və iqtisadi əməkdaşlığımızı TANAP layihəsi vasitəsilə daha da gücləndirmişik". Türkiyəli nazir əlavə edib ki, bu mühüm layihələr sözügedən sektorun əsas enerji modelləri kimi təqdim edilə bilər: "Biz bunu əminliklə qeyd edə bilərik və inanırıq ki, əldə etdiyimiz qətiyyətli nailiyyət təkcə Türkiyənin deyil, həm də bütün bölgənin parlaq gələcəyinin qurulmasına xidmət edəcək". Onu da qeyd edək ki, TANAP-ın inşası əvvəl hesablananlardan daha ucuz başa gəlir. Azərbaycan Dövlət Neft Şirkətinin sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov isə qeyd edir ki, TANAP layihəsinin dəyəri 2 milyard dollardan çox aşağı düşüb. Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" çərçivəsində Azərbaycan və Gürcüstan ərazisində görüləcək işlər ucuzlaşıb. SOCAR rəsmisi, həmçinin, "Şahdəniz-3" layihəsi çərçivəsində ilk işlərin 2026-2027-ci illərdə görüləcəyini də açıqlayıb: "Hazırda "Şahdəniz-3"lə bağlı danışıqlar getmir. Çünki biz 2013-cü ildə bununla bağlı razılaşdıq. "Şahdəniz-3" olacaq, bu istiqamətdə işlər aparılır və davam etdiriləcək. Hardasa 2026-2027-ci illərdən sonra bununla bağlı görülən birinci işlərin nəticələrini görmək mümkün olacaq".
Bütün bunlar isə enerji sahəsində Azərbaycanın qarşıdakı müddət ərzində dünyanın aparıcı ölkələrindən biri olaraq qalmaqda davam edəcəyini göstərir.
Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ