Cümə günü, 20 noyabr 2026
     

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Image


"... Əgər kimsə fikirləşir ki, biz növbəti iyirmi il də mənasız danışıqlar aparacağıq, səhv edir. Biz mənasız danışıqlar aparmaq fikrində deyilik. İmitasiya naminə danışıqlar aparmayacağıq. Mənalı, məzmunlu danışıqlar dərhal, qeyd-şərtsiz başlanmalıdır. Əgər belə olarsa, məsələnin sülh yolu ilə həlli yaxınlaşa bilər... Bizim ümidlərimiz var ki, bu məsələ sülh yolu ilə öz həllini tapa bilər və tapmalıdır.
Buna nail olmaq üçün Ermənistan öz işğalçı siyasətindən əl çəkməlidir və bizim torpaqlarımızdan çıxmalıdır..." Bu sözləri bu günlərdə iştirak etdiyi iftar süfrəsində Prezident İlham Əliyev səsləndirib və ölkə başçısının bu qətiyyətli mövqeyini münaqişənin tezliklə həllinin ilk müjdəçisi də saymaq olar.
Buna qədər isə Azərbaycan Qarabağ münaqişəsinin əsl mahiyyəti və qonşu Ermənistanın işğalçı siyasəti haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün uzun və məşəqqətli bir yol keçib. Hələ ötən əsrin 90-cı illərində başlanan və taleyin istehzasına bax ki, müstəqilliyimizlə hələ də qoşa addımlayan bu problem istər onun yaradılmasında birbaşa günahkar olan Rusiya, istərsə də dünya gücləri tərəfindən illərlə iqnor edilib, beynəlxalq hüquq normaları Azərbaycanın haqlı savaşını müdafiə etməyə imkan versə də, böyük güclər nələrin və ya kimlərinsə istəyilə bu hüququn tələblərinə göz yumublar.
Hələ münaqişənin baş qaldırdığı ilkin dövrdə BMT Təhlükəsizlik Şurası ardıcıl 4 qətnamə qəbul edərək, dövlətlərin ərazi bütövlüyünə təcavüzün qəbuledilməz olduğunu bildirdi və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini pislədi. Bununla beynəlxalq təşkilat, həm də, Ermənistanın işğalçı dövlət olduğunu təsdiqləmiş oldu, lakin bunlar yalnız sənədlərdə öz əksini tapırdı, əməldə isə yenə də dünya gücləri Azərbaycanın hağlı mövqeyini görməzdən gəlirdilər və bu tendensiyanın bu gün də davam etdiyini demək olar. Ekspertlər bu laqeydliyin bir səbəbini xristianlıq faktoru ilə izah etsələr də, burada erməni təbliğatının daha güclü olduğu da gözardı edilməməlidir. Məsələ burasındadır ki, bu millət həyasız propoqandası ilə hər zaman öndə olmağı bacarıb və özünün "məzlum, əzilən" obrazını tarixin hər dönəmində aparıcı güclərə təlqin edə bilib. Təsadüfi deyil ki, bu riyakar maskanın arxasında on illərlə gizlənərək işğal etdiyi Azərbaycan ərazilərində hətta toponimlərə də əl ataraq özünə qondarma tarix yaradıb. Azərbaycan ərazisindəki qədim alban məbədlərini, tarixi abidələrimizi öz adına çıxmaqla özünə "aborigen əhali" adı verən ermənilər bununla həm də mədəniyyətimizi, tariximizi işğal ediblər. Təbii, ötən müddət ərzində Azərbaycan, silaha və zorakılığa əl atmasa da, beynəlxalq hüququn verdiyi bütün imkanlardan istifadə etməklə məsələnin siyasi yolla çözümünə nail olmağa çalışıb. Lakin erməni tərəfi bu istiqamətdə ən yüksək səviyyədə aparılan danışıqları belə əngəlləməkdən çəkinməyib. Bunun nəticəsi olaraq, 2014-cü ildə prezidentlər arasında aparılan danışıqlarda uzun fasilənin yaranmasına isə heç ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri də əngəl ola bilməyib. Lakin bütün bunlar heç də o demək deyil ki, Azərbaycan susub oturmaqla problemin həllini beynəlxalq təşkilatlardan gözləyib. Təbii, ölkə başçısının dünyanın müxtəlif ölkələrinə etdiyi rəsmi və işgüzar səfərlərin, qatıldığı beynəlxalq miqyaslı tədbirlərdə etdiyi çıxışların ana xəttini hər zaman Qarabağ mövzusu təşkil edib və faktdır ki, bu vasitə ilə istər ölkəmizin, istərsə də onun haqq işi uğrunda apardığı mübarizənin bir çox dövlətlərdə tanıdılmasına və dəstəklənməsinə nail olunub. Bu barədə danışarkən ötən müddət ərzində AŞ PA-dakı nümayəndə heyətimizin Qarabağın Azərbaycan torpağı olması və ölkəmizin işğaldan əziyyət çəkən dövlət olması yönündə apardığı məqsədyönlü fəaliyyət də gözardı edilməməlidir. Bu istiqamətdə aparılan aktiv fəaliyyətin nəticəsi olaraq, bir neçə il öncə ATƏT özünün faktaraşdırıcı missiyasını Qarabağ ərazisinə göndərdi və işğal faktını təsdiqləməklə bu torpaqlarda məskunlaşmanın yolverilməz olduğunu birmənalı bəyan etdi. Məlumdur ki, həmin dönəmdə Qarabağ torpaqlarında qeyri-leqal narkotik bitkilərin əkilməsi və tranziti ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə məlumat daxil olmuşdu və rəsmi Bakı dərhal məsələyə reaksiya verərək ATƏT-in Minsk Qrupundan olaya aydınlıq gətirməyi tələb etdi. Lakin daha sonra Yaxın Şərqdə müharibə ocağının yaranması və bu regionlan minlərlə qaçqının dünya ölkələrinə səpələnməsilə Qarabağ mövzusu bir daha gündəmə gəldi. Bu dəfə xəbərlər Suriyadan qaçan ermənilərin Azərbaycanın işğal altındakı torpaqlarında yerləşdirilməsilə bağlı idi. Azərbaycan bu məsələyə də ciddi etiraz edərək beynəlxalq təşkilatlara müraciət ünvanladı və bunun qarşısını aldı. Ümumiyyətlə, Azərbaycan XİN-in Qarabağ mövzusuna xüsusi həssaslıqla yanaşdığı faktdır. Belə ki, bu torpaqlarımıza Azərbaycanın icazəsi olmadan ayaq basan istənilən şəxs, jurnalist, siyasətçi, müğənni və daha kim olmasından asılı olmayaraq, XİN-in müvafiq bəyanatı ilə üzləşir və qurumun "arzuolunmaz şəxslər" siyahısına düşməklə Azərbaycana gəlmək şansından məhrum edilir. Azərbaycanın son zamanlar müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi və bu tədbirlərin davam edəcəyi nəzərə alınarsa, bu qadağaların çoxlarını məyus etdiyi faktdır. Təsadüfi deyil ki, Azərbaycan XİN-in sözügedən siyahısına düşənlərin böyük əksəriyyəti sonradan bunu bilmədən regiona səfər etdiyini bildirməklə və üzr istəməklə adının həmin siyahıdan çıxarılmasına nail olur. Əslinə qalsa, bunun özü də bir təbliğatdır. Çünki, məsələn, siyasətlə maraqlanmayan bir müğənni və ya aktyor Qarabağda hansısa tədbirdə çıxış üçün və ya konsert verməkdən ötrü dəvət alanda bu dəvətin separatçı rejim tərəfindən edildiyini bilməyə bilər. Bu zaman Azərbaycan XİN-in çevik reaksiyası ilə adının dərhal "arzuolunmaz şəxslər" siyahısına düşməsilə o, əsl həqiqətin fərqinə varır və bununla da istər özü, istərsə də çevrəsi Qarabağın əslində Azərbaycan torpağı olması, buradakı rejimin isə heç bir dünya ölkəsi tərəfindən tanınmayan qondarma rejim olması barədə dolğun informasiya əldə etmiş olur. Ötən müddət ərzində belə halların yaşandığına dair saysız faktlar var.
Ümumiyyətlə, qarşı tərəfin saxtakarlıqlarına rəğmən, Azərbaycan Qarabağın Azərbaycanın bir hissəsi olması barədə istənilən səviyyədə tədbirlərdə danışarkən tarixi faktlarla çıxış edib ki, elə bu faktların mövcudluğu onun mövqeyinin həqiqət olduğunu dünyaya göstərmiş olub. Üstəlik Azərbaycan, işğala məruz qalan ölkə olmasına baxmayaraq, hədsiz dözüm və təmkin nümayiş etdirməklə münaqişənin qansız-qadasız həllinə nail olunmasında maraqlı olduğunu hər addımda göstərib və təbliğatını da məhz bu istiqamətdə qurub. Ta ki, bu ilin aprelində Ermənistan qoşunlarının heç bir xəbərdarlıqsız Azərbaycan torpaqlarında Ordumuz üzərinə qəfil hücum etməsinə kimi. Tarixə "Dördgünlük müharibə" kimi düşən həmin qanlı aprel günlərində isə Azərbaycan artıq səbrinin daşdığını və bundan sonra torpağımıza göz dikənlər torpağa qarışana qədər silahı yerə qoymayacağını, deyil Ermənistana, ümumən dünyaya göstərmiş oldu. Məsələ burasındadır ki, ötən müddət ərzində hər zaman arxasında duran güclərə güvənən Ermənistan son illərdə Azərbaycanın artan nüfuzunun fərqindədir və getdikcə perspektivə ümidini daha çox itirir. Torpaqlarımızı uzun illərdir işğal altında saxlasa da, bu torpaqlarda qurduğu qondarma "respublika"nı, deyil dünya dövlətləri, heç öz parlamentinin tanımaması isə bu ölkə rəhbərliyinin elə öz daxilində nüfuzunu heçə endirib. Məhz daxildə artan bu gərginliyi ört-basdır etmək məqsədilə bu il aprelin 2-nə keçən gecə Azərbaycan üzərinə hücuma keçən Ermənistan bununla əslində özünü daha çətin duruma salmış oldu. Mahiyyətinə uyğun olaraq, atəşkəsi pozub, sonra bu təşəbbüsün Azərbaycan tərəfindən gəldiyini israrla ictimai şüura yeritməyi hədəfləyən işğalçı ölkə bununla həm gündəm mövzusunu dəyişməklə ölkə içində artan narazılığı səngitmək, həm də Azərbaycanı aqressor kimi təqdim edib, onun beynəlxalq arenada qazandığı nüfuza kölgə salmaqla "bir daşla iki quş" vurmağı düşünürdü. Əvəzində isə özünü daha gülünc duruma saldı. "Dördgünlük müharibə"nin sonucları isə Ermənistan üçün o qədər gözlənilməz oldu ki, hətta hər zaman sərgilədikləri özünü sındırmamaq kimi təşəxxüslü davranışı da bir kənara buraxaraq, açıq mətnlə Rusiyanı arxalarında durmamaqda ittiham etməyə başladılar. Prezident Serj Sarkisyan bəyan etdi ki, Rusiya Azərbaycana raket satır, Ermənistana isə raketdən müdafiə sistemləri vermir, halbuki, bu sistemləri elə Ermənistan ərazisindəki hərbi bazasında saxlayır. Bu ölkənin müdafiə naziri isə Azərbaycanın erməni tərəfinə rus silahları ilə cavab verməsini Rusiyanın Ermənistana arxadan vurulan zərbəsi adlandırdı. Bütün bunlar bu ölkə daxilində emosiyaları daha da coşdurdu. İş o yerə gəlib çatdı ki, əsgər anaları küçələrə çıxıb Qarabağa görə övladlarını ölümə göndərməyəcəklərini bəyan elədilər. Bu əsnada baş verən ən maraqlı olay isə Ermənistan parlamentinin vitse-spikeri Ermine Naqdalyanın elə parlamentin tribunasından Qarabağ torpaqlarının ermənilərə aid olmadığını açıq mətnlə səsləndirməsi oldu. "Dağlıq Qarabağ və hazırda nəzarətimizdə olan torpaqlarla bağlı yanlış təsəvvürlərə qapılmaq gərək deyil. Bu yanlışlıq bizə çox baha başa gələ bilər. Hazırda nəzarətimizdə olan, əlimizə keçirdiyimiz torpaqları nə zamansa azad etməli, oradan çəkilməliyik. Reallığı anlamaq gərəkdir" - deyən erməni vitse-spikerin bu sözləri isə ölkədə əsl bomba effekti yaratdı. Bu əsnada Ermənistan onun da fərqinə vardı ki, Rusiya arxasından çəkilir. Bu günə qədər dünyanın gözünə kül üfürərək söylədikləri yalanların artıq aparıcı dünya ölkələrində effekt vermədiyini görən erməni fəalları isə bu dəfə Azərbaycanın Qarabağ tələbinə etiraz yürüşləri keçirmək üçün daha "ekzotik", məsələn Uqanda kimi Qarabağ barədə təsəvvürü olmayan ölkələrə üz tutdular. Bütün bunları isə Azərbaycanla bağlı həqiqətlərin indi dünya çapında daha ucadan səslənməsi və bu yöndə təbliğatının artıq ciddi nəticə verdiyinin göstəricisi saymaq olar.
Müharibə sonrası Vyanada prezidentlər arasında görüşün keçirilməsinin ardından bu günlərdə Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri növbəti dəfə görüş keçirdilər. Görüşün detalları dərhal açıqlanmasa da, Prezident İlham Əliyev iyunun 26-da Milli Ordu Günü münasibətilə hərbçilərlə keçirilən görüşdə danışıqların bir sıra aspektlərinə aydınlıq gətirib. Prezident deyib ki, erməni tərəfi Helsinki Yekun Aktını diqqətlə oxumalıdır":Bir məqamı da qeyd etmək istəyirəm ki, həm 2008-ci ildə Rusiya, Azərbaycan, Ermənistan prezidentlərinin imzaladıqları sənəddə, - ona "Mayn Dorf" bəyannaməsi deyirlər, - həm də bu ay Sankt-Peterburqda qəbul edilmiş bəyanatda Helsinki Yekun Aktına istinad edilir. Ermənistan tərəfi getsin Helsinki Yekun Aktını diqqətlə oxusun. Orada prinsiplər açıq-aydın göstərilir və ərazi bütövlüyü prinsipi üstünlük təşkil edir. Düzdür, orada xalqların öz müqəddəratını müəyyənetmə prinsipi də var. Amma birincisi, erməni xalqı öz müqəddəratını müəyyən edib, onların Ermənistan dövləti var. Baxmayaraq ki, o dövlət də tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. İkincisi, xalqların müqəddəratını təyinetmə, müəyyənetmə prinsipi ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Bu, beynəlxalq prinsiplərdir və hər bir ölkə buna riayət etməlidir".
Göründüyü kimi, Azərbaycan özünün haqlı mübarizəsi barədə həqiqətləri, başda Prezident olmaqla, hər zaman açıq şəkildə və birmənalı bəyan edir ki, bu da onun haqlı tərəf olduğunun ən bariz nümunəsi sayıla bilər. Dünya gücləri isə, istəsələr də, istəməsələr də, beynəlxalq hüququn tələblərini yerinə yetirməyə, yəni haqqı müdafiə etməyə məhkumdurlar. Çünki, Prezident İlham Əliyevin də dediyi kimi, "biz Azərbaycan torpaqlarında ikinci ermənistan dövlətinin yaradılmasına imkan verməyəcəyik".
Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ