Cümə günü, 20 noyabr 2026
     

Böyük Britaniya bir ölkə kimi xəritədən "silinir"...

Image


Dünyanın siyasi və iqtisadi gündəminə damğasını vurmuş əsas olaylardan biri sayılan Böyük Britaniyanın Avropa İttifaqından çıxması bu ölkə üçün çox ciddi problemlərə yol açıb. Britaniyanın Azərbaycan üçün əsas xarici investorlardan biri olması nəzərə alınarsa, baş verənlər ölkəmiz üçün də xüsusi maraq kəsb edir.
Hələlik isə Böyük Britaniya vətəndaşları ölkələrinin gələcəyinin Avropa İttifaqının xaricində olacağı fikrinə alışmağa çalışır. Amma paytaxt Londonda şok və məyusluq hökm sürür. Belə ki, paytaxt sakinləri ölkənin Avropa İttifaqının tərkibində qalmasını istəyir. Elə bu səbəbdəndir ki, Londonun Britaniyadan ayrılaraq müstəqilliyini elan etməsi və sonradan Avropa İttifaqına qoşulması təklifi ilə paytaxt merinə ünvanlanan petisiyanı bir gün ərzində 50 min nəfər imzalayıb və imzaların sayının durmadan artdığı bildirilir. London sakinlərinin 60 faizi "Brexit"in əleyhinə səs verib. Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması tərəfdarlarının üstünlüyü cüzi olduğundan, londonlular təkrar referendumun keçirilməsini vacib hesab edir.
Bu arada məlum olub ki, Londonda bankların əksəriyyəti referendumun başqa cür nəticələnəcəyini düşünürdü və hazırda bazarlarda yaranan qeyri-müəyyənliyə və aksiyaların qiymətdən düşməsinə görə yarana biləcək zərərləri hesablamaqla məşğuldurlar. Çünki Britaniyanın Avropa İttifaqını tərk etməsinə dair referendumun ardından Britaniya maliyyə bazarları qeyri-sabit olaraq qalır. Milli valyuta olan funt dəyər itirərək, dollara münasibətdə son 31 ildən ən aşağı həddə düşüb, bəzi səhm ticarəti isə müvəqqəti dayandırılıb. 10 illik dövlət istiqrazlarının gəlirləri ilk dəfə olaraq 1 faizdən aşağı düşüb.
Ən çox təsirə banklar və hava yolları məruz qalıb. Britaniya maliyyə naziri Jorj Osborn bazarları sakitləşdirməyə çalışıb və ölkənin gələcəyə hazır olduğunu bildirib. Bununla yanaşı, maliyyə naziri Britaniya iqtisadiyyatının çətinliklərlə üzləşəcəyini də qəbul edib. Belə bir vaxtda "Fitch" beynəlxalq reytinq agentliyi Böyük Britaniyanın uzunmüddətli kredit reytinqini bir pillə aşağı salıb. Agentliyin məlumatında kredit reytinqinin "AA+"dən "AA" səviyyəsinə düşdüyü göstərilib. Buna səbəb kimi isə Böyük Britaniyada Avropa İttifaqından çıxış üzrə keçirilmiş referendumun nəticələri göstərilib. Belə ki, "Brexit" milli iqtisadiyyata mənfi təsir göstərə bilər. "Fitch", həmçinin, 2016-cı ildə Böyük Britaniyada ÜDM-in artım proqnozunu 1,9 fazidən 1,6 faizədək azaltmağı qərara alıb. "Standard & Poor":::s" beynəlxalq reytinq agentliyi də Böyük Britaniyanın kredit reytinqini bir pillə aşağı - mənfi proqnozlu "AA" səviyyəsinə salıb.
Amma əsas təhlükə ölkənin parçalana biləcəyi ilə bağlıdır. Yuxarıda qeyd olunduğu kimi, London Britaniyadan ayrıla bilər. Şimali İrlandiya və Şotlandiya da artıq müstəqillik barədə fikirlər səsləndirir. Şotlandiyanın Nazirlər Kabineti Böyük Britaniyanın tərkibindən çıxmaq barədə yeni referendumun keçirilməsi üçün qanunverici bazanın hazırlanması işlərini rəsmi olaraq təsdiqləyib. Bununla bağlı müvafiq qərar Nazirlər Kabinetinin növbədənkənar iclasında qəbul edilib. Şotlandiya hökumətinin başçısı Nikola Stercenin sözlərinə görə, yaxın günlərdə bu məsələ ilə bağlı müzakirə qrupu yaradılacaq. O, eyni zamanda, hökumətin "Brexit" fonunda öz maraqlarını müdafiə etmək üçün Avropa İttifaqı ilə təxirəsalinmaz müzakirələrə başlamaq niyyətində olduğunu da bildirib. "Brexit"lə razılaşmayan Şotlandiyanın müstəqilliyinə dair 2014-cü ilin sentyabrında keçirilən referendumda əhalinin 55,3 faizi ölkənin Böyük Britaniyanın tərkibində qalmasına səs vermişdi. Amma indi vəziyyət dəyişib.
Böyük Britaniyada keçirilən referendumun nəticələri həm də İspaniyanın Cəbəllüttariqlə bağlı iddialarını gücləndirib. Məlum olub ki, Birləşmiş Krallıq Avropa İttifaqından çıxandan sonra İspaniya Cəbəllüttariqlə sərhədləri bağlaya bilər və bununla da Britaniya anklavının xarici aləmlə quru əlaqəsi kəsilmiş olar. Britaniyadakı referendumun nəticələri məlum olan kimi, İspaniyanın xarici işlər naziri Xose Manuel Marqallo İspaniya bayrağının Cəbəllüttariqə daha yaxın olduğunu deyib. Cəbəllüttariqin birinci naziri Fabian Pikardo isə bu fikrə dərhal cavab verərək bildirib ki, Cəbəllüttariq heç vaxt İspaniyanın olmayacaq. İspaniya isə heç vaxt Cəbəllüttariqin Britaniya tabeliyində olması ilə razılaşmayıb. Xatırladaq ki, Britaniyanın bir hissəsi olan Cəbəllüttariqin əhalisinin 80 faizi referendumda Birləşmiş Krallığın Avropa İttifaqında qalmasının lehinə səs verib. Bütün bunlar "Brexit"in Britaniya üçün sadəcə böyük problemlər yaratdığını aydın göstərir.
Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ