Türkiyənin ana müxalifət lideri – Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanı sərt tənqid edib.
APA-nın "Hürriyet”ə istinadən verdiyi xəbərə görə, K. Kılıçdaroğlu CHP parlament fraksiyasının bu gün keçirilən toplantısında R. T. Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə məktub göndərməsinə toxunaraq hazırkı hakimiyyətin xarici siyasəti daxili siyasətə alət etdiyini bildirib: