Cümə günü, 20 noyabr 2026
     

Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri üçün ciddi problemlər başladı

Image


Azərbaycanın mühüm ticarət tərəfdaşlarından biri sayılan Avropa İttifaqının dağılma ehtimalı getdikcə artır. Böyük Britaniyanın qurumu tərk etməsinin dəqiqləşməsindən sonra eyni addımı digər müəyyən üzv ölkələr də atmağa hazırlaşır. Bu isə sözügedən Birliyin taleyini ciddi sual altına alır. Eyni zamanda bu vəziyyət Avropanın vahid valyutası olan avronun da gələcəyini qeyri-müəyyən edir.
Elə bu da bir çox dünya ölkələrini, o cümlədən valyuta ehtiyatlarında avronun böyük payı olan Azərbaycanı narahat edir.
Yeri gəlmişkən qeyd edək ki, Böyük Britaniyanın Avropa İttifaqında qalıb-qalmayacağını müəyyənləşdirən referendumun nəticələri məlum olub. Səsvermədə iştirak edən seçicilərin 52 faizi Britaniyanın Avropa İttifaqından çıxmasına, 48 faiz isə qalmasına səs verib. Beləliklə, Britaniya Avropa İttifaqından çıxıb. Məlumata görə, 46 milyon 501 min 241 seçicinin 72 faizi səsvermədə iştirak edib. Xatırladaq ki, iyunun 23-də Britaniyada keçirilən referendumda seçicilər iki sualdan birini cavablandırıb: "Birləşmiş Krallıq Avropa İttifaqının üzvü olmalıdırmı?" və "Birləşmiş Krallıq Avropa İttifaqından çıxmalıdırmı?". Referendumda iştirak etmək üçün 46,5 milyon seçici qeydiyyatdan keçmişdi. Bu rəqəm Britaniya üçün rekord sayılır.
Səsvermədə Britaniya və Avropa İttifaqı ölkələrinin Birləşmiş Krallığın ərazisində qanuni yaşayan vətəndaşları, eləcə də 15 ildən artıq Britaniyanın seçki siyahısında olub xaricdə yaşayan Krallıq vətəndaşları iştirak edib. İrlandiya, Kiprin yunan hissəsi və Malta vətəndaşları istisna olmaqla, Avropa İttifaqına üzv başqa dövlətlərin vətəndaşları səsvermədə iştirak etməyib. Böyük Britaniyanın baş naziri Devid Kemeron nəticələrdən sonra artıq istefa verdiyini açıqlayıb.
Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə daha bir qurum ölkəsindən analoji çağırış gəlib. Miqrantların Avropa İttifaqına buraxılmasının ən qatı əleyhdarlarından olan Hollandiya Azadlıq Partiyasının lideri Qert Vilders referendumun keçirilməsini təklif edib: "Ölkəmizin, pulumuzun, sərhədlərimizin və miqrant siyasətimizin nəzarətimiz altında olmasını istəyirik". Qeyd edək ki, 2017-ci ilin martında Niderlandda parlament seçkiləri keçiriləcək. Son rəy sorğularına görə, Qert Vilders indidən liderlik edir. Partiyanın və hər şeydən əvvəl Vildersin özünün ritorikası Amerika prezidentliyinə iddiaçı, anti-müsəlman mövqeyi ilə məşhur olan Donald Trampın ritorikasına oxşayır. Vilders Niderlandın sərhədlərinin miqrantların üzünə bağlanmasını dəstəkləyir və Böyük Britaniyanın Avropa İttifaqından çıxışının yaxşı nümunə olduğunu bildirir: "Bu, Avropa İttifaqının sonunun başlanğıcı olacaq. Britaniyanın Avropa İttifaqından çıxışı başqa ölkələri də onu izləməyə məcbur edəcək". Britaniyanın "Guardian"nəşri yazır ki, hollandiyalılar arasında Avropa layihəsinə dəstəyin səviyyəsi ölkə tarixində heç vaxt olmadığı qədər aşağıdır.
Bundan başqa, Fransanın ultrasağçı Milli Cəbhə Partiyasının sədr müavini Florian Filippot "Twitter" hesabından yazdığı şərhində Britaniyanın Avropa İttifaqından çıxmasını dəstəkləyib: "İnsanlar azadlığı hər zaman sonda qazanır! İngiltərəyə afərin, indi növbə bizimdir".
Britaniyanın "The Express" qəzeti yazır ki, fransızlar artıq daha çox öz hökumətlərini Britaniyadan nümunə götürməyə və gələcək münasibətləri Brüssellə müzakirə etməyə çağırırlar. "Edinburgh" Universietetinin Almaniya, Fransa, İrlandiya, Polşa, İspaniya və İsveçdən olan 8 min respondent arasında keçirdiyi rəy sorğusunda bəlli olub ki, Fransa əksəriyyətin referendum tələb etdiyi yeganə ölkədir. "The Express" qəzeti yazır: "Bununla belə, Fransa Avropa İttifaqından çıxmaq hüququna malik olmaq istəyən ilk ölkə deyil. Hollandiya və Çexiya da Britaniyadakına bənzər "çıxmaq-qalmaq" referendumunun keçirilməsini istəyir. Məsələn, Hollandiyada keçirilmiş rəy sorğusunda respondentlərin 53 faizi ölkələrinin belə bir imkana malik olmasını istədiyini bildirib. Çexiyanın baş naziri Bohuslav Sobotka isə deyib ki, Britaniya Avropa İttifaqından çıxmaq barədə qərar qəbul edib, onun ölkəsi də Londondan nümunə götürməlidir. Londondakı Kral Kolleci Universitetinin Avropa siyasəti professoru Anand Menon deyir ki, Britaniya referendumu Avropada keçirilməsi mümkün olan başqa referendumlar üçün bir növ laboratoriya olacaq. Onun fikrincə, belə bəsit yanaşmanın dağıdıcı effekti ola bilər.
Bu da qeyd olunmalıdır ki, Britaniya kimi Fransa da Avropa inteqrasiyasının indikindən dərin olmasına qarşı çıxır". Bütün bunlar Avropa İttifaqının gələcəyini ciddi sual altına alır və bu qurumun dağılması dünya miqyasında öz mənfi təsirlərini mütləq şəkildə göstərəcək.
Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ