Böyük Britaniyanın Avropa Birliyindən çıxması bu qurumun gələcəyini də təhlükə altına alıb. Baki-xeber.com xəbər verir ki, Avstriya xarici işlər naziri Sebastian Kurz, İngiltərənin qərarının domino effekti yaradacağını deyir.
AB-də böyük dəyişikliklər ola biləcəyini deyən Kurz, ən böyük ölkələrdən birinin birlikdən çıxmasının digər ölkələr üzərində domino effekti yarada biləcəyini bildirib.
Alman siyasətçiləri isə AB-nin yenidən qurulması məsələsini gündəmə gətirib. Almaniya üçün Alternativ Partiyası AFD lideri Beatrix von Stork İngiltərənin qərarını xoş qarşıladığını deyib. "Xoşbəxtlikdən ağladım" deyən Stork, 23 iyunun tarixi bir gün olduğunu deyib. O qeyd edib ki, Avropa Komissiyasının sədri Jan-Klod Yunker və Avropa Parlamentinin sədri Martin Şults məsuliyyəti üzərlərinə götürüb və istefa verməlidirlər: "Çünki layihələri müvəffəqiyyətsiz oldu".
Sol Partiyadan Sahra Vaqenknext isə Avropanın dəyişməsinin vacibliyini deyib. Əks təqdirdə Avropanın dağılacağını deyən Vaqenknext, Brüsselin xalqın dəstəyini itirdiyini iddia edib.
İsveçin AB naziri Ann Linde isə Avropada daha çox millətçi seqmentlərin güclənməsindən narahat olduğunu deyib. İsveçdə miqrantların əleydarları kimi tanınan İsveç Demokratlar Partiyasının lideri Jimmie Akesson isə ölkəsinin İngiltərənin addımının təkrarlamasının vacibliyini deyib: "Ümid edirəm Brexit Avropada domino təsiri yaradacaq. Əminəm ki İsveçdə və digər AB ölkələrində bunun üçün böyük dəstək var”.
Britaniyada AB referendumundan dərhal sonra Fransa və Hollandiyada da AB-dən ayrılmaq səsləri yüksəlməyə başlayıb. Hollandiyada bu fakir dəstəkləyən, miqrant əleyhdarı kimi tanınan siyasətçi Geert Vilders bildirib ki, "ölkəmizin, pulumuzun, sərhədlərimizin və miqrant siyasətimizin bizim nəzarətimizdə olmasını istəyirik".
Fransanın sağçı Milli Cəbhə (FN) partiyası da ölkənin Avropa Birliyi üzvlüyü mövzusunun referenduma çıxarılması barədə çağırışı edib. Partiya sədrini köməkçisi bildirib ki, "İnsanların azadlığı hər zaman sonunda qazanır. İngiltərəyə bravo. İndi bizim sıramızdır".