Cümə günü, 20 noyabr 2026
     

İranın Azərbaycan və Ermənistana ayrıseçkili yanaşmalarına etiraz və iradlar böyüyür

Image


"Ermənistanla İran arasında viza rejiminin aradan qaldırılması, o cümlədən İran prezidenti Həsən Ruhaninin müsəlmanlara divan tutan, müsəlman abidələrini yerlə yeksan edən, müsəlman torpaqlarını 20 ildən artıqdır işğal altında saxlayan bir ölkəyə səfər etməyə hazırlaşması yolverilməzdir”.

Bunu APA-ya açıqlamasında politoloq Qabil Hüseynli İranla Ermənistan arasında viza rejiminin ləğvi barədə sazişin imzalanması və İran prezidenti Həsən Ruhaninin Ermənistana planlaşdırılan səfərinə münasibət bildirərkən deyib. O bildirib ki, İranın hələ də Azərbaycanın müstəqilliyini həzm etmədiyi görünür: "İran Azərbaycanın müstəqilliyini həzm etsəydi, Dağlıq Qarabağ müharibəsinin qızğın vaxtında, Azərbaycan Ermənistanı blokadaya alanda Ermənistan üçün Araz çayının üzərindən körpü çəkib, Ermənistan üçün bir "nəfəslik” açmazdı. İran bunu etdi.

Bu gün də Ermənistanın ərzaq məhsullarından tutmuş, geyim, inşaat mallarına qədər, təminatı İranla bağlıdır. Eləcə də Azərbaycanın işğal altındakı ərazilərində meşələri qırıb, mebel hazırlayaraq İrana göndərirlər. Yəni İranla Ermənistan arasında gur ticarət gedir. Bu günlərdə Ermənistanın xarici işlər nadiri Edvard Nalbandyanı Tehranda təmtəraqla qarşıladılar. Hətta Nalbandyanın 20 nəfərlik erməni diasporunun nümayəndələri ilə görüşünü də təşkil etdilər. Mən xatırlayıram, mərhum Heydər Əliyevlə İrana səfərə gedərkən Bakıda razılaşdırılmışdı ki, səfərimizin istiqamətlərindən biri Təbriz olacaq. Amma Tehrana çatanda bildirdilər ki, guya Təbrizdə narahatlıq var, yaxşı olar ki, İsfahan-Kiş adaları istiqamətində səyahət edək. Bizim orada yaşayan azərbaycanlılarla normal təmasımıza imkan vermədilər. İndi də Ermənistanla viza rejimini tamamilə ləğv edirlər, üstəlik, Edvard Nalbandyanın ardınca Həsən Ruhani də Ermənistana səfər edir. Özünü müsəlmanların marağını müdafiə edən ölkə hesab edən İran müsəlman ölkəsi Azərbaycanın torpaqlarını işğal etmiş xristian Ermənistana məhəbbətini gizlədə bilmir. Qüdsü müdafiə edir, Qüds Günü keçirirlər, bütün dünya müsəlmanlarını Qüdsü müdafiə etməyə çağırırlar. Ancaq Dağlıq Qarabağ coğrafi məkan və önəm baxımından Qüdsdən az əhəmiyyətə malik deyil. İran Qüds məsələsində hansı mövqe tutursa, Dağlıq Qarabağ probleminə də eyni münasibət ortaya qoymalıdır. Amma İran bu məsələdə bir dəfə də olsun birmənalı şəkildə Azərbaycanın mövqeyini müdafiə etməyib”.

Q. Hüseynli İranın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ermənistan işğalını pislədiyini, ancaq 2-5 aprel tarixlərində Azərbaycan ordusu ciddi uğurlar qazanarkən tam susqunluq nümayiş etdirdiyini xatırladıb: "Hətta İran sonradan məsələnin sülh yolu ilə həllində iştirak edə biləcəyi barədə bəyanat yaydı. Halbuki Azərbaycan işğal altındakı torpaqlarını azad etməyə başlamışdı və İran buna sevinməli, bunu alqışlamalı idi. Lakin bunu etmədi. Yalnız azərbaycanlılar Təbrizdə, müxtəlif şəhərlərdə evlərin üzərinə qalxıb "Allahu əkbər, Azərbaycan!” şüarları səsləndirəndən sonra İranın Müdafiə Nazirliyindən Azərbaycana bir nəfər səfər etdi. İranın Araz çayı üzərində su anbarı tikməsi də kifayət qədər mübahisəli məsələlərdən biridir. Mən güman edirəm ki, İranın bu siyasəti davam edərsə, biz İran tərəfinə bu məsələləri xatırlatmalı, adekvat cavab verməliyik. Biz İranla səmimi, həqiqi müsəlman, şiə dostluğu istəyirik. İranda yaşayan 35 milyon azərbaycanlının normal mədəni hüquqlarının təmin edilməsini istəyirik. Problemlər çoxdur və bu problemlər tədricən həll edilməlidir ki, ortada səmimi münasibətlər formalaşsın”.

Millət vəkili, politoloq Rasim Musabəyov APA-ya bildirib ki, İran Ermənistanla xoş münasibətləri indi yaratmağa başlamayıb: "İran bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bu, sanki dilə gətirilən prinsipial münasibətdir. Ancaq Ermənistana hər hansı təzyiq müşahidə etmək mümkün olmur. Halbuki İrandan uzaqda olan Qüdsə görə canfəşanlıq edir, amma gözünün qarşısında Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı sadəcə, mövqe bildirməklə kifayətlənir. Bu, bəlkə də İranın dövlət maraqlarına cavab verir. Amma məncə, bu, yanlış münasibətdir. Azərbaycan da bu münasibəti diqqətindən kənarda saxlamır. Biz İrana siyasəti ilə bağlı hansısa dərs demək niyyətində deyilik. Sadəcə, İrandan bizə qarşı atılan addımlara cavab vermək kifayətdir”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri i Elxan Şahinoğlu isə qeyd edib ki, İrana qarşı nüvə məsələsi ilə bağlı sanksiyalar aradan qaldırılandan sonra Azərbaycan-İran əməkdaşlığı barədə xeyli fikir mübadilələri aparılıb, indi də ortaq layihələr barədə ciddi dialoq gedir. Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı işlər sürətlənib: "Belə bir ərəfədə İranın Ermənistana üz çevirməsi, iki ölkə arasında dialoqun artması bizdə ciddi narahatlıq və suallar yaradır. Çünki Azərbaycan həm siyasi, həm də iqtisadi baxımdan Cənubi Qafqazın əsas açar ölkəsidir, Azərbaycanla əməkdaşlıqdan faydalanmaq olar.

Ermənistan kasıb ölkədir, İran Ermənistanla əməkdaşlıqdan nə əldə edəcək ki?! Azərbaycanla İran arasındakı layihələrdə Azərbaycan öz hissəsini, payını maliyyələşdirir, kreditlər ayıra bilir. Ermənistanda bunların heç bir yoxdur. Tutaq ki, İran Ermənistanda ortaq bir müəssisə açıb, hansısa qazanc əldə edə bilərmi? Yox. Deməli, İranda başqa dəyərlərdən çıxış edirlər. Baxmayaraq ki, bəzi İran rəsmiləri, din xadimləri Azərbaycana səfər edəndə, yaxud Tehranda Azərbaycan rəsmiləri ilə görüşəndə deyirlər ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, işğalı pisləyirlər, əməldə isə bunu müşahidə etmirik. Məsələn, Qüds məsələsində ümumislam mövqeyindən çıxış edirlər. Yaxşı, İran Qüds məsələsində olduğu kimi Azərbaycan torpaqlarının işğalı məsələsində niyə ümumislam mövqeyindən çıxış etmir?! Yeri gəlmişkən, bu günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Tehrana səfəri zamanı bir daha iranlı rəsmilərə xatırlatdı ki, Azərbaycanın işğal altındakı torpaqlarında məscidlər dağıdılıb. Buna İran rəsmiləri reaksiya verdilərmi? Mən belə bir reaksiya eşitməmişəm. Deməli, İran Azərbaycan, Qarabağ məsələsində din amilindən yox, dırnaqarası "geosiyasi maraqlar”dan çıxış edir. O geosiyasi maraqlardan ki, İranda bəziləri Azərbaycanın inkişafı və güclənməsində maraqlı deyillər və bunun qarşısını almaq yollarından biri kimi Ermənistanla sıx əlaqələr saxlamağı vacib sayırlar. Amma İran Ermənistanla əlaqələri gücləndirdikcə Azərbaycan cəmiyyətində, siyasi mərkəzlərin gözündə İranla əməkdaşlığa yaranan inam da ortadan qalxa bilər”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ