Cümə günü, 20 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Nalbandyanın Tehran xosunlaşmaları, Ramazana erməni əli ilə viza möhürü və İlham Əliyevin itirilən haqqı-sayı...
Tarix: 09.06.2016 / 00:12
Bölmə: Siyasət
Azərbaycan-İran münasibətlərini nə qədər üzdən təhlil edənlər olsa, yenə də düz xəttin əvəzinə qalxıb-enən, incələn-bərkiyən, hətta bəzən qırılmaqdan son anda qurtararaq bərpa olunan dalğavari bir mənzərənin şahidi olacaq. Düz və hamar olmayan münasibətlər sistemində mövqeyi həmişə aydın, dürüst, birbaşa və birmənalı olan tərəf kimi isə sözsüz Azərbaycan görünür. Bu 10-15-il öncə də belə idi, indi də belədir.
Başqa sözlə desək, Azərbaycan İrana münasibətini heç vaxt pis tərəfə dəyişmir, üstəlik, İranın münasibəti pisə doğru dəyişən hallarda da İrana oxşamağa çalışmır, onun kimi münasibətləri soyutmaq yolu tutmur, əksinə, ötənləri xilas etməyə çalışır. Təəssüf ki, qonşu, din və birgə tarix qardaşımız İrandan heç də həmişə bunları görə bilmirik.
Ölkələrmiz arasında əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyi, bunun həm də Azərbaycan Prezidentinin siyasi iradəsinin göstəricisi kimi çıxış etdiyi də danılmaz həqiqətdir. Xüsusn də Prezident İlham Əliyevin cari il fevralın 23-də İrana səfəri, səfər çərçivəsində keçirilən görüşlər və imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafına yeni stimul verib.
Böyük qonşularımızdan biri və dini birliyimiz fonunda rəsmi Bakı İranla münasibətlərin inkişafını daim diqqət mərkəzində saxlayıb. Bu mənada tarixi, mədəni, dini, etnik zəmində yaxın olduğumuz İranın beynəlxalq təcriddən çıxarılması istiqamətində Azərbaycanın indiyə qədər atdığı addımlar da tamamilə təbii sayılır. Onu da xatırladaq ki, Azərbaycan ilk gündən İrana tətbiq edilən sanksiyaların əleyhinə olub və beynəlxalq arenalarda öz fikrini bildirib.
Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyev 2003-cü ildən başlayaraq ardıcıl olaraq İrana "uzaq qohumdansa yaxın qonşu" prinsipi ilə yanaşmanı bir an kənara qoymayıb, İranın nüvə proqramı ilə bağlı Qərblə ölüm-dirim savaşı başlayanda da ABŞ, Fransa, Almaniya, Səudiyyə kimi "krallarla" üz-üzə kəlməkdən çəkinməyərək "hamı kimi İranın da dinc məqsədli nüvə proqramına sahib olmaq haqqı var" deyib. Dünya siyasətini az-çox bilənlər bunun nə qədər çətin geosiyasi iradə nümayişi olduğunu bilir.
Rəsmi Bakının anti-İran kampaniyalarına qoşulmaması bəzi hallarda ölkəmizi müəyyən Qərb dairələrinin haqsız hücum hədəflərinə də çevirib. Lakin Azərbaycan yenə mövqeyini dəyişməyib. Əksinə, Qərb ölkələri ilə aparılmış danışıqlarda Azərbaycan İranın beynəlxalq təcriddən çıxarılmasının zəruri olmasını sübut etməyə çalışıb və bu istiqamətdə əməli addımların atılmasının zəruriliyini gündəmə gətirib. Hətta əsas tərəfdaşlarımızdan olan İsrailin və ölkəmizlə yüksək siyasi, iqtisadi və hərbi tərəfdaşlıq münasibətlərinə malik qardaş Türkiyənin də narahatlıqları bu məsələdə Azərbaycanı yolundan döndərməyib. Ötənlərə bir daha nəzər salaq.
Azərbaycan və İran arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, iqtisadi sahədə 40-dan çox olmaqla indiyədək 120 sənəd imzalanıb. İran həm də Azərbaycanın mühüm ticarət tərəfdaşlarındandır və təkcə 2016-cı ilin ilk rübündə ticarət dövriyyəsinin həcmi 53% artıb. Hazırda Azərbaycanda 450-ə yaxın İran şirkəti fəaliyyət göstərir. Azərbaycan və İran arasında kənd təsərrüfatı, turizm, bankçılıq, əczaçılıq, nəqliyyat və digər sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində müvafiq işlər görülür. Enerji sahəsində də əməkdaşlıq genişləndirilir.
Azərbaycan-İran əlaqələrinin vacib istiqamətlərindən olan nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi əlaqələrimizin genişlənməsinə öz töhfəsini verməkdədir. Dəhlizin önəmli halqalarından olan Astara çayı üzərində dəmir yolu körpüsü də Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi, iqtisadi, ticarət və yükdaşımalar sahəsində əməkdaşlığın inkişafı baxımından əhəmiyyətlidir. 2016-cı ilin sonunadək Astara çayı üzərində dəmir yolu körpüsünün və Astara stansiyasından sərhədədək 8,3 kilometrlik yolun, İran tərəfində 1,7 kilometrlik xəttin və yükaşırma terminallarının tikintisinin yekunlaşması nəzərdə tutulur. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsinə işlərin sürətləndirilməsi üçün Azərbaycan vergi güzəştləri tətbiq edərək İrana həm də 500 milyon dollar kredit ayırıb. İranın enerji resurslarının Qərb bazarlarına çıxarılması üçün Azərbaycan öz təşəbbüsü ilə reallaşan TANAP layihəsinə İranın cəlb olunmasında maraqlı olduğunu da açıq bəyan edir. Diplomatik kanallardan sızan məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya son səfəri zamanı da İranla bağlı ölkəmizin həssaslığını diqqətə çatdıraraq, İranın beynəlxalq təcriddən tam çıxarılması və Avropanı enerji təhlükəsizliyində xüsusi rol oynaması barədə çağırışlarla çıxış edib. İrana qarşı sanksiyaların qismən götürüldüyü bir neçə ay əvvəlki vəziyyəti xatırlayın. Bunu ilk alqışlayan ölkələrdən biri məhz Azərbaycan və İlham Əliyev oldu.
Bu gün İsrailin və onun dünyadakı lobbisinin, diasporunun kim və nə gücdə olduğunu hamı bilir. Azərbaycan Prezidenti bu qüdrətli gücü iki ölkənin daha da yaxınlaşması və Azərbaycanın haqq-ədalətinin dünya böyu yayılmasında həlledici amilə çevirə bilib, özünün həssas və incə siyasəti ilə... Bilməyən yoxdu ki, İran bu qüdrətli gücü - İsraili "şər qüvvə" adı ilə yer üzündən siləcəyini açıq dediyi anda da Azərbaycan İranın dünyadakı haqlarına cəsarətlə dəstək verib, "mənim qonşumdakı sabitlik mənə də faydalıdır" prinsipinə üstünlük verib. İsraili də, Qərbi də inandırıb ki, İranla mehriban qonşuluq münasibətini Azərbaycan heç vaxt qurban verməyəcək. Bu fədakarlığın əvəzində nə almışıq?
Bütün bunlara baxmayaraq, İranın bəzi hallarda Azərbaycan üçün vacib mövqe sərgiləməməsi dərin təəssüf və etiraz doğurur. Məsələn, Yaxın Şərqdə özünü bütün əzilən müsəlmanların hamisi kimi göstərməyə çalışan İran, nədənsə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nə müsəlman həmrəyliyi, nə də şiə təəssübkeşliyinə sadiq qalır. Sirr deyil ki, İran Azərbaycan torpaqlarının bir hissəsini işğal edən Ermənistanı iqtisadi müstəvidə dəstəkləyir. Həm də bilə-bilə ki, bu dəstək Ermənistan üçün zəruri nəfəslik rolu oynayır. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını yalnız sözdə pisləyən İran indiyə qədər bircə dəfə də "Dağlıq Qarabağ Azərbaycan torpağıdır" deməyib. Bunu necə başa düşək? Ona görə, hesab edilir ki, İranın İslam dünyasında aparıcı ölkə qismində çıxış etməyə səy göstərməsi Tehranın hərəkətlərilə üst-üstə düşmür. Çünki İslam dünyasında aparıcı ölkə olmağa, özünü İslamın müdafiəçisi və mühafizəçisi kimi göstərməyə çalışan ölkə işğalçı xristian dövləti ilə sıx əməkdaşlıq etməzdi. Amma bunun fərqinə varmayan İran Ermənistan xarici işlər naziri Edvard Nalbandyanı Tehranda xüsusi təmtəraqla qəbul edir, Ermənistanla İran arasında viza rejiminin ləğvi barədə saziş imzalayır.
Nə qədər anlaşılmaz olsa da, bunu müsəlmanların ən müqəddəs günü olan Ramazanda edirlər. Yayılan məlumatlara görə, Nalbandyan İrana son səfəri çərçivəsində Tehrandakı "Ararat" idman və mədəniyyət kompleksində erməni icmasının nümayəndələri ilə də görüşüb.
Görüşdə "aprel müharibəsini" erməni rakursundan o ki var təbliğ və təlqin edən Nalbandyana bu imkanı kimin və niyə verdiyini düşünəndə, istər-istəməz, "bu nə müsəlmançılıqdır" deməkdən adam özünü saxlaya bilmir. Tehran erməniləri ilə görüşdən ikiqat məmnun qaldığını deyən Nalbandyanın "birinci qat" sevincinin nə olduğunu bilməyənlər üçün deyək ki, bu heç də Azərbaycana xoş olmayan oyunun bir detalıdır.
Tehrandan qaynaqlanan, olduqca səmimi atmosferdə keçən gizli görüşdə Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan və səfirliyin əməkdaşları, İslam Şurası Məclisinin erməni əsilli deputatları Karen Xanlaryan, Gevorg Abramyan, Tehran və Şimal erməni yeparxiyası rəhbərinin müavini Bişop Makar Aşqaryanla yanaşı, Rusiyanın İrandakı səfiri Levon Caqaryan da iştirak edib. Başqa nüansların da tezliklə aydınlaşacağı şübhəsizdir.
Bütün bunlar aydın göstərir ki, Azərbaycanla İran arasında münasibətlər dost əlaqələri adlandırılsa da, Tehranın işğalçı ölkəyə dəstək verməsi bu ölkənin ikili mövqedən çıxış etdiyini göstərir. Onda belə çıxır ki, Azərbaycan qonşu ölkənin maraqlarının birtərəfli müdafiəçisi olaraq çıxış edir. İran isə Azərbaycanın bu mövqeyini qiymətləndirmir, əksinə, şiə müsəlmanları qətl edən, dini abidələrini yerlə yeksan edən dövlətlə əlaqələrini genişləndirir. Bu mənada Azərbaycan İranla münasibətdə qeyd olunan məqamları nəzərə alıb artıq Tehranın birtərəfli müdafiəçisi kimi çıxış etməyə son verməlidir.
İndi suallar yaranır: nə vaxta qədər Azərbaycan İrana göstərdiyi həssas yanaşmanın ekvivalenti olmayan münasibət görəcək? Məhz İranın xatirinə İsraildə Azərbaycan səfirliyinin açılmasını təxirə salmaq bundan sonra davam etdirilə bilərmi? Azərbaycan dünyada Qarabağ məsələsində birmənalı dəstək gördüyü və əsas hərbi müttəfiqlərindən biri olan İsraillə niyə bundan sonra da "ehtiyatlı yaxınlıq" siyasətini davam etdirməlidir? Niyə İran Ermənistanla hər cür siyasi qardaşlaşmaya getdiyi halda, Azərbaycan İsrail kimi ardıcıl bir müttəfiqə "ehtiyatlı yaxınlaşma" taktikası ilə baxmalıdır? Ermənistanda İran səfirliyi varsa, İsraildə niyə Azərbaycan səfirliyi olmasın? Ermənistanda neçə nəfər fars ya azərbaycanlı yaşayır? Azərbaycanda neçə yəhudinin, İsraildə nə qədər azərbaycanlının yaşadığını yada salaq. Ermənistanda bircə nəfər fars yaşamadığı halda vizasız rejimə keçilirsə, Azərbaycan İsraillə niyə vizasız rejimə keçməsin? Niyə Azərbaycan Prezidenti özünəməxsus iri və qətiyyətli addımlarla İsraildə Azərbaycan səfirliyinin açılış mərasiminə şəxsən özü yollanmasın? Bir halda ki, onun 2003-cü ildən davam edən haqq-sayı ermənilərin xatirinə itirilir...
Tahir TAĞIYEV
DİGƏR XƏBƏRLƏR
Tarix: 20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
Tarix: 20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
Tarix: 20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
Tarix: 20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
Tarix: 20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
Tarix: 20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
Tarix: 20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
Tarix: 20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Tarix: 20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
Tarix: 20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
Tarix: 20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
Tarix: 20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- FOTO
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- FOTO
20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır
- hər 100 nikahın 48-i dağılır...
20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur
20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir -
ABŞ müdafiə nazirinin yanlışı...
20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram”
- Paşinyan
20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
- RƏSMİ AÇIQLAMA...
20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib
- FOTO
20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı
20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi
20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu
- Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...
20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi
20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib
20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq
20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI:
DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS
20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib
20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb
20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...
20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı
- körpülər vuruldu...
20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi
- sonra ondan üzr istəyirəm...
20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...
20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi
20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…
20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib
20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır
– nəzarət gücləndirilə bilər...
20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi
20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir
20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq
- YENİ QAYDA...
20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...
20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər
- Ombudsmandan təklif...
20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...
20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır
20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb
- FOTO/YENİLƏNDİ
20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı
– nələrin baş verəcəyini görəcəyik…
20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...
20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir
20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
- FOTO/YENİLƏNDİ
20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi
- FOTO
20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə -
yalnız ərazi güzəşti qarşılığında…
20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi -
Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir
20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib
- FOTO
20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi
20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar...
Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…
20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...
20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür
- Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...
19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri
19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…
19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...
19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir
- Rusiyadan gələn izaha cavab...
19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...
19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb
19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...
19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...
19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa
- Şok səbəblər...
19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi
- 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...
19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib
- FOTO
19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib
- niyə?
19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT
19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ