Cümə günü, 20 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Fransa tarixçisi Bundestaqın saxta genosid qərarını tam ifşa edən elmi məqalə ortaya qoydu
Tarix: 07.06.2016 / 01:22
Bölmə: Siyasət
"Daily Sabah" nəşri: "Lütfən, tarixi tarixçilərə buraxın!"
Almaniya Bundestaqının qondarma "erməni soyqırımı"nın tanınmasını nəzərdə tutan qanun layihəsinin qəbulu Türkiyə və Azərbaycan içtinaiyyəti tərəfindən böyük təpkilərlə qarşılandı, hətta Türkiyə Almaniyadakı səfiri Hüseyn Avni Qarslıoğlunu geri çağırdı. Türkiyənin sərt şəkildə etiraz etdiyi qanun layihəsinin təsdiq olunduğu iclasa Almaniya kansleri Angela Merkel qatılmadığı da bildirilir.
Fransa tarixçisi Maksim Qoenin (Maxime Gauin) "Daily Sabah"da dərc edilən köşə yazısı da tarixə münasibət və layihəyə etiraz baxımından olduqca aktuallığı ilə diqqəti cəlb edir. Məqalənin orijinalı Fransada 3 dildə-fransız, alman və ingilis dillərində yayımlanıb. Redaksiyaya məqalənin Azərbaycan dilinə tərcüməsini millət vəkili, Fransa-Azərbaycan parlamentlərarası işçi qrupun üzvü Cavanşir Feyziyev təqdim edib.
Lütfən, tarixi tarixçilərə buraxın!
Son dəfə qondarma "erməni soyqırımının" İrəvanda yad edilməsi Ermənistan hökumətinin çətin vəziyyətdə olduğunu təsdiq etdi. Əlbəttə ki, Avropa İnsan Haqları Məhkəməsi qarşısında "Perinçek İsveçrəyə qarşı" işi üzrə məğlubiyyətdən sonra Ermənistan hökuməti 1915-16-ci illər faciəsinə heç bir aidiyyəti olmayan mükafatları Corc Kluni (George Clooney) kimi tarixə aid qərar vermək səlahiyyəti olmayan incəsənət xadimlərinə paylamaqla diqqəti cəlb etməyə çalışır. Bu minvalla da Jan-Mark Ara Toranyanın və Murad Frank Papazyanın həmsədrlik etdiyi Fransa erməni birliklərinin Koordinasiya Şurası ötən ildəkindən fərqli olaraq bu il 24 aprel yığıncağına Avropa məsələləri üzrə baş katibin müavinindən yüksək vəzifəli məmuru cəlb edə bilmədi.
Bununla belə, bəzi siyasətçilər Almaniyada Berlinin 2015-ci ilin əvvəlindəki rəsmi mövqeyini dəstəkləmək cəhdlərini əsirgəmədilər. Doğrudan da, o zaman Almaniya hökuməti beynəlxalq məhkəmə qərarının olmaması səbəbindən "erməni soyqırımı" iddialarını tanımaqdan açıq-aşkar imtina etmişdi. Heç təəccüblü deyil ki, bu imtina türklər və ermənilərin tarixi barədə qərarın Türkiyənin şərqindəki Ərzurum və Bitlis şəhərlərini hətta xəritədə belə göstərə bilməyən şəxslər tərəfindən verilməsinə cəhd edənləri hiddətləndirmişdi. Həmişə olduğu kimi, onlar Yohan Lepsiusa (Johannes Lepsius) istinad edirlər, özləri də bilərəkdən unudurlar ki, Lepsius özünün qatı sağçı, irqçi və antisemit baxışları ilə ekstremist bir hərb tərəfdarı idi və həm də erməni məsələsi ilə bağlı 1919-cu ildə nəşr etdirdiyi alman diplomatik sənədlərini bilərəkdən saxtalaşdırmışdı. Bu saxtakarlıq 13 il əvvəl Mustafa Çolak tərəfindən ifşa edildi (Türk Tarix Qurumu Bülleteni, LXVI cild, № 247, Dekabr 2002). Çolak Lepsius-un nəşr etdiyi versiyanı sənədlərin əsli ilə müqayisə edərək onların faksimillərini yuxarıda adı gedən nəşrə əlavə edib. Daha yaxın tarixdə isə Lepsius-un saxtakarlıqlarını Günter Levi (Guenter Lewy) özünün "Osmanlı Türkiyəsində Erməni Kütləvi Qırğını" kitabında təhlil edib. Müvafiq olaraq, indi artıq qəti şəkildə müəyyən edilib ki, 1921-ci ildə Berlində Tələt Paşanı qətlə yetirən Soğomon Tehliryanın müdafiəsi Tehliryanın tamamilə uydurma həyat hekayəsinə əsaslanmışdı. Bu mudafiədə Lepsiusun da böyük xidmətləri olmuşdu. Bunun üçün, məsələn, Jacques Derogy-nin "Müqavimət və İntiqam", Marian Nesrobyan MacCurdy-nin "Müqəddəs Ədalət: Erməni Nemesis Əməliyyatının Səsləri və İrsi" əsərlərinə baxmaq kifayətdir. Belə ki, məhkəmə zamanı Tehliryan özünü bu cinayəti təkbaşına törətmiş kimi qələmə versə də, əslində o, 1919-1920-ci illərdə erməni inqilab federasiyası tərəfindən yaradılmış mütəşəkkil bir cinayətkar qrupun (Nemesis) üzvü olub. O deyirmiş ki, guya ailəsinin qırğına məruz qalmasının şahidi olub, halbuki onun atası hələ Birinci Dünya Müharibəsi başlamazdan əvvəl Belqrada köçmüş və 1915-ci ildən xeyli sonralar oradaca öz əcəli ilə vəfat etmişdi. Tehliryan guya bacısının oğurlanmasını gözləri ilə gördüyünü iddia edirmiş, halbuki, onun heç vaxt bacısı olmayıb. Qatil guya tam bir təsadüf nəticəsində qırğından canını qurtardığını bildirsə də, əslində 1914-cü ildən Tehliryan özü də Belqradda olub və elə orada da rus ordusuna qoşulub. Beləliklə, əslində o Şərqi Anadoluda heç bir qırğının şahidi olmayıb və heç zaman Osmanlı Ordusu tərəfindən məcburi köçürülməyə də məruz qalmayıb.
Alman cəmiyyətinin son yetmiş ildə təkamülünün dəqiq hüdudlarını bilmək istəyirsinizsə, Aryan irqinin guya ali irq olmasına inanan və öz inamını düşüncəsinin və hərəkətlərinin mərkəzinə qoyan, habelə qətli əsaslandırmaq üçün yalanlar uyduran Lepsius kimi bir avantüristin bu gün Almaniya Federal Parlamentində istinad mənbəyi olması faktı, əlbəttə ki, digər məsələlərlə də yanaşı mübahisə doğuran bir haldır.
Lepsiusun iğtişaş təhdidləri
Erməni məsələsi ilə bağlı Yohan Lepsius haqqında toplanmış bütün ifşaedici bilgilərə rəğmən yenidən ona istinad edilməsi ilə yanaşı, şübhəli şəxslərdən arqument gətirmək bu gün Almaniyada dönə-dönə istifadə olunan bir tendensiyaya çevrilib. Xüsusilə də ötən ildən başlayaraq davam edən Zabel Yesayana (1878-1943) istinadlar bunun parlaq nümunəsidir.
Zabel Yesayan "Hürriyet": "Daily News"-un əməkdaşı William Armstrong kimi sadəlövh insanlar tərəfindən sadə yazıçı, səmimi bir Osmanlı tərəfdarı və buna görə də etibarlı mənbə sayılan şəxs kimi təqdim olunub. Elə buradan aydın görünür ki, belə fikir yürüdən adamlar heç vaxt heç bir arxivdə işləməyiblər. Əslində Yesayan ifrat erməni milliyyətçisi idi. O, "Bütöv Ermənistan" uğrunda Nümayəndə Heyətini təmsil edirdi, daha dəqiq desək, Yesayan Adanada, Birinci Dünya Müharibəsindən sonra Qafqazdan Mersinədək uzanan Ermənistan iddiasında idi. Bu nümayəndə heyətində üstünlüyü Ramgavar partiyası təşkil edirdi və bu partiya millətçi təşkilat olmaqla Erməni Legionunda cinayət və intizamsızlıqlara görə, fransız zabitləri tərəfindən günahlandırılırdı. Xüsusilə 1919-cu ildə Ramgavar partiyasının Misir şöbəsi tərəfindən göndərilən "erməni üsyanını təbliğ edən" və Fransanının adını alçaldıcı sözlərlə ifadə edən nifrətamiz məzmunlu məktubların fransız senzurası tərəfindən ələ keçirilməsona qarşı iddiaların əsasını təşkil edirdi. 1920-ci ilin ortalarında fransızlar tərəfindən Kilikiya işğalının Ermənistan dövlətinin qurulmayacağı ilə sona yetəcəyini anlayan Yesayan İstanbula gedir və verəcəyi bəyanatın əks təsirini dərk etmədən öz bəyanatında Fransa Ali Komissarı Albert Defransı təhdid edirdi. Yeseyanın planına görə, fransızlar Kilikiya və Adana ərazisində Ermənistan yaratmaq təşəbbüsünə rədd cavabı verdiyi təqdirdə "ermənilər aranı qızışdıraraq müsəlmanlarla caxnaşma və insidentlər yaratmalı idilər" və beləliklə də, fransızları bu iğtişaşlara müdaxilə etməyə və yaxud daimi orada qalmağa məcbur etməli idilər. Bütün bunlar sadəcə boş sözlər deyildi. Bu məqsədlə həm də İzmirin erməni məşhurları iğtişaşların törədilməsi və fransızların müdaxiləsini təmin etmək üçün döyüş təşkilatlarının yaradılmasına 100 min lirə ianə toplamışdılar. Albert Defransın 1920-ci il iyulun 4-də Quai d’Orsay-a göndərdiyi teleqramda belə deyilirdi: "Daha dramatik olanı isə budur ki, 1920-ci ilin iyununda, Yesayanın "iğtişaş törətmək" təhdidindən bir neçə həftə əvvəl erməni və assuriyalılardan ibarət bir qrup Adana yaxınlığındakı Camili kəndində əksəriyyəti qadın və uşaq olmaqla 45 türkü qətlə yetirib. Qətliam barədə hesabatın müəllifi kapitan Dromardın sözlərinə görə, bəzi qurbanlar "vəhşicəsinə eybəcər hala salınmışdı". Bu qırğının əsas təşkilatçılarından biri fransız zabiti, leytenant Jak Lömeqr Dübröy tərəfindən istintaq aparılmadan güllələnmişdi; qalana 26 nəfər isə, 5-i ölüm cəzasına məhkum edilməkləa Adananın fransız hərbi məhkəməsi tərəfindən cəzalandırılmışdı." (Həmin teleqram indi La Courneuvedə Xarici İşlər Nazirliyinin arxivində saxlanır. Mikrofilm 16674.)
Bundan sonra erməni millətçilərinin 1920-ci il iyulun 10-da təşkil etdikləri antitürk qiyamları əksəriyyəti müsəlman sakinlərdən ibarət olan şəhəri faktiki olaraq müsəlmanlardan təmizlədi. Bundan çox hiddətlənmiş fransız inzibatçısı, polkovnik Eduard Bremond erməni və assuriyalı cinayətkarların məhkəməsiz edam edilməsini (asılmasını) və edamdan sonra cəsədlərin ictimai yerlərdə nümayiş olunmasını əmr edir. (1920-ci il 10 iyul əmri ilə Nantez diplomatik arxiv mərkəzində [CADN], qutu 1SL/1V/139-də tanış olmaq olar.) Beş erməni və bir assuriyalı dar ağacından asılır, altıncı erməni qaçmağa cəhd göstərərkən güllələnir. Yalnız belə radikal tədbirlərin görülməsi nəticəsində sakitliyi bir qədər bərqərar etmək mümkün olur. Eyni zamanda fransız administrasiyasının maliyyə məsələlərinə məsul şəxs olan Paul Bernard öz qəzəbini şəxsi gündəliyində belə ifadə edirdi: "Bizi ləkələmək, şantaj və təhrik etmək üçün ermənilər əllərindən gələni edirdilər. Həqiqət budur." Yesayanın iğtişaşlar barədə təhdidlərini biləndən sonra bu yazının mənası daha yaxşı başa düşülür.
Daha sonra Yesayanın təhrikçiliyi ilə erməni millətçilərinin antisemit ənənələrinin davamı olaraq və Fransaya ənənəvi bağlılığı olan yəhudi icmalarını hədəfə almaq və çox güman ki, bununla da Osmanlı hökumətinə problem yaratmaq məqsədilə erməni soyğunçuları Adanadakı sinaqoqa da hücum edirlər (mayor Tommy Martinin 1 avqust 1920-cil il tarixli hesabatından. CADN. qutu 1SL/1V/135).
Bütün bunları bildikdən sonra Yesayanın əsl sifəti və onun Albert Defransa etdiyi xəbərdarlığın mahiyyəti daha aydın görünür. Sonucda bu təhdidlər qismən də olsa həyata keçdi. Erməni millətçi qrupları öz dindaşlarına, təqribən 60.000 erməniyə təzyiqlər edərək, onları 1921-ci ilin sonunda Kilikiyanı fransız ordusu ilə birgə tərk etməyə məcbur etdilər və onların yeni Türkiyədə türklərlə birgə yaşayışına mane oldular. Türklərlə ermənilərin birgə yaşayışının qarşısını almaq həm Kamalçı, həm də Fransız hökumətini iqtisadi cəhətdən narahat edən məsələ idi. Xüsusilə 60.000 insana Suriya və ya Livanda ev tikmək maliyyə cəhətdən çox baha başa gəlirdi.
Köçürmə üzrə fransız komissiyasının müşahidələrinə görə, türk və fransız dəstələrinin əvəzlənməsi heç yerdə qalmaqallı hadisələrlə müşayiət olunmayıb və xidmətlərin bir-birini əvəzləməsi normal bir şəkildə baş tutub. Təxliyə üzrə fransız komissiyasının hesabatından göründüyü kimi, Türk ordusunun çıxarılması (geri çəkilməsi) və mənzil başına gəlib çatması zamanı "heç bir insident qeydə alınmayıb".
1921-ci ilin dekabrın 9-da pravoslav, katolik və protestant təriqətlərinə aid icmaların rəhbərləri onlarla danışıq aparan baş fransız vasitəçisi Henry Fankllin-Bouillon-a bəyan edirdilər ki, Kilikiyada qalmaq istəyən ermənilərə öz ekstremist dindaşları tərəfindən təzyiq və təhdidlər edilərək köçüb getməyə məcbur edilirdilər. Bu gün həmin regionda ermənilərin, demək olar ki, heç qalmamasının da əsl səbəbi budur. Beləliklə, 1915-16-cı illərdə qiyamların qarşısının alınması məqsədilə həyata keçirilmiş məcburi köçürmə tədbiri isə Osmanlı ermənilərinin demoqrafik itkilərinin - ölüm və miqrasiyanın səbəblərindən yalnız biridir. Lakin bu yeganə səbəb olmaqdan çox-çox uzaqdır.
Sonda isə mən öz həqiqi rollarını deyəsən unutmuş kimi görünən siyasətçilərə, aktyorlara və müğənnilərə üzümü tutub demək istəyirəm: Lütfən, tarixi tarixçilərə buraxın!a
Maksim Qoen,
tarixçi
DİGƏR XƏBƏRLƏR
Tarix: 20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
Tarix: 20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
Tarix: 20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
Tarix: 20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
Tarix: 20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
Tarix: 20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
Tarix: 20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
Tarix: 20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
Tarix: 20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
Tarix: 20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Tarix: 20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
Tarix: 20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- FOTO
20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır
- hər 100 nikahın 48-i dağılır...
20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur
20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir -
ABŞ müdafiə nazirinin yanlışı...
20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram”
- Paşinyan
20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
- RƏSMİ AÇIQLAMA...
20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib
- FOTO
20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı
20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi
20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu
- Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...
20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi
20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib
20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq
20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI:
DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS
20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib
20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb
20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...
20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı
- körpülər vuruldu...
20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi
- sonra ondan üzr istəyirəm...
20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...
20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi
20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…
20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib
20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır
– nəzarət gücləndirilə bilər...
20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi
20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir
20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq
- YENİ QAYDA...
20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...
20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər
- Ombudsmandan təklif...
20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...
20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır
20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb
- FOTO/YENİLƏNDİ
20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı
– nələrin baş verəcəyini görəcəyik…
20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...
20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir
20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
- FOTO/YENİLƏNDİ
20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi
- FOTO
20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə -
yalnız ərazi güzəşti qarşılığında…
20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi -
Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir
20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib
- FOTO
20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi
20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar...
Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…
20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...
20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür
- Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...
19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri
19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…
19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...
19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir
- Rusiyadan gələn izaha cavab...
19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...
19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb
19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...
19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...
19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa
- Şok səbəblər...
19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi
- 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...
19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib
- FOTO
19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib
- niyə?
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ