Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu nizamlanmasına sadiqliklərini təsdiq ediblər. Trend-in xəbərinə görə, bu barədə ATƏT-in bəyanatında deyilir.
Bəyanatda deyilir ki, ATƏT-in Mnsk qrupunun həmsədrləri (rusiyalı İqor Popov, amerikalı Ceyms Uorlik və fransalı Pyer Andryö) mayın 31-də Brüsseldə E.Məmmədyarovla və iyunun 2-də Parisdə E.Nalbandyanla görüşərək mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə qəbul edilmiş qərarlarının icrasını müzakirə ediblər. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kasprşik də iclaslarda iştirak edib.
Məlumatda deyilir ki, həmsədrlər nazirlərə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud ofisinin genişləndirilməsi və ATƏT-in araşdıma üzrə mexanizmlərin yaradılması ilə bağlı sənədlər layihəsini baxmaq üçün təqdim ediblər.