"Qarabağ böhranı danışıqlar yolu ilə həll olunmalıdır”. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari deyib.
O bildirib ki, tərəflər problemi beynəlxalq hüquq və BMT mexanizmləri əsasında həll etməlidirlər: "Azərbaycan və Ermənistan icazə verməməlidir ki, xarici oyunçular bölgə üçün təhlükəli olacaq böhran yaratsınlar. Bizim düşüncəmiz budur ki, münaqişə danışıqlar yolu ilə həll olunmalıdır. İranın xarici siyasəti qonşu ölkələrlə, o cümlədən Qafqaz ölkələri ilə əlaqələri inkişaf etdirməkdən ibarətdir. İran xarici işlər nazirinin azərbaycanlı və rusiyalı həmkarları ilə görüşlərində bu məsələ tam aydın görünüb".