Rusiya xarici işlər naziri Sergey Lavrovun yaxın zamanda Türkiyəyə gələcəyinə dair xəbərlər yayılıb.
Baki-xeber.com xəbər verir ki, Türkiyə KİV-nin yaydığı məlumatda, Lavrovun Türkiyəyə gələcəyini Türkiyə Prezident Administrasiyasına yaxın qaynaqların məlumat verdiyi bildirilir, ancaq mənbə ziyarətin tarixini açıqlamır.
Təhlükəsizlik və iqtisadiyyat başda olmaqla bir sıra mövzunun müzakirə ediləcəyi səfərin detalları mövzusunda işlərin davam etdiyi bildirilir.
Ancaq rəsmi Ankara bu iddiaları təkzib edir.