şənbə günü, 21 noyabr 2026
     

Azərbaycan amili İran qazının Ermənistan üzərindən nəqlinin qarşısını kəsinliklə alır

Image


İşğalçı siyasəti üzündən regionda təcrid vəziyyətinə düşmüş Ermənistan son dövrlərdə İran qazını öz ərazisi vasitəsilə Gürcüstana nəql etmək üçün xüsusi canfəşanlıq göstərməkdədir. Lakin real vəziyyət Ermənistanın bu istəyinin həyata keçməsinin, demək olar ki, mümkünsüz olduğunu göstərir. Digər tərəfdən kommersiya baxımından da İran üçün ən sərfəli variant öz qazını Azərbaycan üzərindən Gürcüstana və digər ölkələrə satmaqdır.
Əslində bunu Ermənistanda da aydın görənlərin sayı az deyil.
Ermənistanın baş naziri Ovik Abramyan da İran qazının Ermənistan vasitəsilə nəqli imkanlarına dair məsələnin elə asan olmadığını bildirir. O xatırladıb ki, İrəvan və Tehran İran təbii qazının Ermənistandan tranzit yolu ilə Gürcüstana nəqlinə dair danışıqlar aparır. Analoji danışıqları Azərbaycan da İranla aparır. Baş nazir qeyd edib ki, hər bir ölkə, eləcə də Azərbaycan maraqlarını nəzərə alaraq öz təklifini irəli çəkməyə çalışır: "Lakin biz də bu istiqamətdə işləyirik, müzakirə edirik və düşünürəm ki, məsələnin daha qısa müddətdə həlli real deyil". Baş nazir İrana səfərinin planlaşdırıldığını, orada iranlı həmkarı ilə görüşəcəyini və hökumətlərarası iclasın keçiriləcəyini, həmçinin erməni tərəfinin bu məsələni müzakirə etməyə çalışacağını bildirib. Lakin ekspertlər bildirir ki, İran qazı üçün Ermənistanın tranzit ölkə olması geosiyasi amillərə və Rusiya faktoruna görə də mümkün olmayacaq. Rusiyanın "Rosbalt" agentliyi bu xüsusda yazır: "İrəvan gözləyir ki, Rusiya baş naziri Dmitri Medvedyevin Ermənistana səfəri zamanı bu ölkəyə satılan qazın qiymətinin aşağı salınmasına nail olacaqlar. Ermənistan hazırda Moskvanın qorxusundan görə İrandan daha çox qaz ala bilmir". O da vurğulanır ki, Ermənistan son dövrlər yaşanan geosiyasi proseslərdən Moskvaya qarşı şantaj kimi istifadə etməyə çalışır: "Rusiyanın Ermənistandakı hərbi bazası türk-erməni sərhədinin 10 kilometrliyində yerləşir. Bir çox erməni ekspertlər hesab edir ki, Türkiyə Qarabağ üzərindən Rusiyaya qarşı "ikinci cəbhə"ni açacaq. Ermənistanda müəyyən siyasi dairələr bundan çox qorxur. Amma bu gün Ermənistanda o da eşidilir ki, bu ölkənin geosiyasi əhəmiyyəti artıb və bundan Rusiya qarşısında yararlanmaq lazımdır. Onlar qaz məsələsində güzəştdən tutmuş Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına qədər Moskvanın qarşısında öz istəklərini sıralayırlar. Hətta Rusiyadan ölümcül silahlar da tələb edirlər. Amma anlamırlar ki, son dövrlər Rusiya üçün Azərbaycanın əhəmiyyəti daha da artıb. Ermənistan Azərbaycanın əhəmiyyətinin artması və Rusiyanın Bakıya daha güzəştli şəkildə yanaşmasına görə cəbhə xəttində gərginliyi daha da artırır. Son illər ərzində Rusiya Bakıya anlamağa imkan verdi ki, o, Dağlıq Qarabağda status-kvonun dəyişdirilməsi ehtimalına baxmağa hazırdır. Xüsusilə Moskva Qərb və Türkiyə qarşısında Azərbaycanı itirməmək üçün buna gedə bilər. İrəvanda yaranan qorxunun əsas səbəbi də məhz budur". Beləliklə, Azərbaycanın əhəmiyyəti və Rusiya faktoru da İrandan Ermənistana daha çox qaz nəqlinə imkan vermir. Başqa bir tərəfdən, indilikdə Azərbaycan Gürcüstana qaz nəqlini artıracağını bildirib. Bu da İran qazının Gürcüstana yaxın tezlikdə nəqlini lüzumsuz edir. Bir daha yada salaq ki, Gürcüstanın əsas qaz təchizatçısı Azərbaycandır. Bundan əlavə, Gürcüstanda istehlak olunan qazın 12%-ni Rusiya nəql edir. Bu, Gürcüstan üzərindən Rusiyadan Ermənistana nəql olunan mavi yanacağa görə tranzit haqqı kimi alınan qazdır.
Amma İran üçün maraq doğuran məqam Gürcüstan üzərindən də qaz nəqlini dünya bazarlarına çıxarmaqdır. Bunun üçün isə İrana sərf edən ölə məhz Azərbaycandır. Çünki Azərbaycan lazımi infarstruktura malikdir. Bir müddət əvvəl məsələnin bu tərəfinə diqqət çəkən İran-Azərbaycan hökumətlərarası komissiyanın iranlı həmsədri Mahmud Vaezi də bildirib ki, İran "Cənub Qaz Dəhlizi" üzrə Avropaya qaz nəqli məsələsində Azərbaycanla əməkdaşlıq edəcək. O bildirib ki, İran, Asiya bazarlarından başqa, Avropa bazarlarına da qaz ixrac etməyi planlaşdırır":İran qazının Avropaya nəql yollarından biri onun Azərbaycan vasitəsilə nəql olunmasıdır. Düşünürəm ki, "Cənub Qaz Dəhlizi"nin istifadə edilməsində Azərbaycanla əməkdaşlıq edə biləcəyik. Hər iki ölkənin rəsmiləri daim qaz sahəsində danışıqlar aparır və bu danışıqlar davam edir. Neft və qaz sahəsində Azərbaycan və İran arasındakı əlaqələr çox yaxşı səviyyədədir. Hesab edirəm ki, tərəflərin bir-birinə ehtiyacı var. Hazırda Azərbaycan İranla "svop" şərtlərlə Naxçıvan Muxtar Respublikasına qaz tədarük edir. Digər tərəfdən, müəyyən dövrdə Azərbaycanın qaz ehtiyacı artır ki, biz də bunu ödəyə bilərik. Müəyyən mövsümlərdə isə İranda qaz çatışmazlığı olur ki, Azərbaycan bu tələbi təmin edə bilər".
Nahid SALAYEV
 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ