ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri Con Brennanın martın əvvəllərində Moskvaya məxfi səfər etdiyi ortaya çıxıb.
Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov, CIA direktoru John Brennan'ın bu ayın başında Moskvaya gəldiyini ancaq bu ziyarətin, Rus qüvvələrinin Suriyadan qismən geri çəkilməsi qərarı hər hansı bir əlaqəsi olmadığını söylədi.
Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov "İnterfax” xəbər agentliyinə açıqlamasında Brennanın Moskva səfərinin gizli olmadığını deyib: "Brennanın burada (Moskvada) olduğu gizlədilmir. Brennan Rusiya Xarici İşlər Nazirliyinə görüş keçirməyib. Ancaq Federal Təhlükəsizlik Xidməti (FSB) və başqa bir yerə getdiyini bilirəm".
Sıromolotov, Brennanın ziyarətinin Rusiya hərbi qüvvələrinin əsas hissəsinin Suriyadan geri çəkilməsi qərarı heç bir əlaqəsi olmadığını da vurğulayıb: "Brennanın ziyarəti hərbi qüvvələrimizin böyük hissəsinin geri çəkilməyə başlaması ilə əlaqəli deyil. Bunlar, bir-birindən tamamilə fərqli hadisələrdir".
Jurnalistlərin suallarını cavablandıran Kremlin sözçüsü Dmitri Peskov da, Brennanın Moskva səfəri zamanı Kremllə, yəni Rusiya prezidenti Vladimir Putinlə hər hansı bir görüşünün olmadığını deyib.