Şimali Koreya Əsəd rejimini dəstəkləmək üçün Suriyaya iki birlik göndərib. Baki-xeber.com xəbər verir ki, bu iddia ilə suriyalı müxaliflərin yaratdığı Yüksək Müzakirə Komitəsinin nümayəndəsi Əsəd əl-Zoubi çıxış edib.
Onun sözlərinə görə, Suriyada rejimi tərəfində Şimali Koreyaya aid iki batalyon döyüşür: "Bu rabitə vasitələri sayəsində ortaya çıxdı. Danışıqlarında koreyalı olduqları aydın görünür”.
Suriyada Şimali Koreyanın hərbi varlığının rejim daxilindəki mənbələrin də təsdiqlədiyini deyən Zoubi, bu işbirliyinin yeni olmadığını bildirib: "Rejimlə Şimali Koreya arasında xüsusilə hərbi sahədəki əməkdaşlıq yeni deyil, bu əlaqələr inqilab zamanı inkişaf etdirildi. Rejim başda piyadalar olmaqla Şimali Koreyadan xüsusi təlim görmüş adalar gətirtdi. Rejim daxilində raket və rabitə sahələrində çalışan minlərlə koreyalı hərbi mütəxəssis var. Hətta hazırda paytaxt Dəməşqdəki Kasyun dağında batalyon da var. Bölgədəki adamlar da bu batalyonun 10 ildən çoxdur orada olduğunu bilir".
Zoubi, Şimali koreyalı əsgərlərdən ibarət olan "Chalma 1" və "Chalma 7" adlı birliklərin yüksək təlim gördüyünü və əsgər sayısının 300-dən çox olduğunu, mütəxəssis sayının isə 2-3 mindən çox olduğunu iddia edir.