"Rusiya Suriyada İranı aldatdı”. Baki-xeber.com xəbər verir ki, bu barədə İranın Birləşmiş Millətlər Təşkilatındakı keçmiş səfiri Əli Hurrem açıqlama verib
İranda prezident Həsən Ruhani hökumətinə yaxınlığı ilə bilinən "asriran" xəbər saytına danışan Hurrem bildirib ki, Rusiya İran və Bəşər Əsədi İraq və Suriyada bir müddət dəstəklədi: "Sonra əsas qüvvələrini geri çəkib atəşkəs edən Rusiya, bölgədə güclənən İranın rolunu zəiflətdi. Səudiyyə Ərəbistanı və Türkiyə Rusiyanın bu addımından son dərəcə məmnun qaldılar".
İranın Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini deyən Hurremin sözlərinə görə, Rusiyanın bu addımı (geri çəkilməsi) və digər ölkələrin təşəbbüsü ilə İranın strategiyası nəticəsiz qaldı: "Onların (Türkiyə və Səudiyyə), Suriya oyununun qalibləri olduğunu söyləyə bilərik".
"Rusiya və Çin hər fürsətdə ABŞ-la əlaqə qurmağa çalışır. Bütün ölkələr bir-biri ilə əlaqə qurmağa çalışarkən, ölkə daxilində (İran) bəziləri hökumətə (Ruhani hökumətinə) "Nə üçün Avropa ilə əlaqə qurmağa cəhd edirsiz?” deyir" deyə Hurrem bildirib
Keçmiş səfirinin sözlərinə görə, Rusiya Suriyada İranı aldadıb: "Biz, Rusiyanın Suriyada, başqa yerlərdə İranı aldatdığını gördük. Əgər İranın dünyadakı güclü ölkələrin hamısı ilə əlaqəsi olsa, nə Çin, nə Rusiya, nə də Avropa İranı aldada bilməz. Rusiyanın Suriyadakı bütün səyi, ABŞ-la əlaqələrini yaxşılaşdıraraq, bu ölkə ilə Ukraynada yaşadığı problemləri həll etməkdir".