Martın 27-də minlərlə moldavalı Moldovanın Rumıniyaya birləşdirilməsi tələbi ilə Kişinauda aksiya keçirib. Təşkilatçılar aksiyada 50 minə yaxın, polis isə 4-5 min adamın iştirak etdiyi deyir.
Avropa Birliyinin üzvü olan Rumıniyaya birləşmək korrupsiyalaşmış olsa da Moldovanı bu quruma üzvlüyə apara bilər.
Kişinauda həmçinin birləşmənin əleyhdarları da mitinq keçirib. Moldova Sosialist Respublikası Partiyasının lideri İqor Dodon deyib ki, bu tələb ölkəni vətəndaş müharibəsinə apara bilər. O qeyd edib ki, Rumıniya Moldavanın dostu və qonşusu kimi qalsın.
1918-ci il martın 27-də Moldova Demokratik Respublikasının parlamenti (Bessarabiya) Rumıniyaya birləşməklə bağlı qərar verib. Amma 1940-cı ildə bu ərazi SSRİ-nin tərkibinə keçib.