Artıq bir neçə gündür Suriyanın Humus bölgəsindəki Palmira şəhəri uğrunda Əsəd rejimi ilə İŞİD arasında qızğın döyüşlər bağlayıb.
Baki-xeber.com Aanadolu Agentliyinə istinadən xəbər verir ki, YUNESKO-nun Dünya Mirası siyahısında yer alan və 2015-ci ilin mayında İŞİD-in əlinə keçən Palmira, təşkilatın antik şəhərdəki dağıntıları ilə dünya gündəminə gəlmişdi.
Rejim qüvvələrinin şəhəri geri almaq üçün əvvəllər etdiyi bir neçə cəhd uğursuzluqla nəticələnmişdi. Bir neçə gün əvvəl isə rejim, Rusiya döyüş təyyarələrinin dəstəyilə antik şəhəri almaq üçün geniş əməliyyata başlayıb. ABŞ da rejim qüvvələrinə dəstək verdiyini bildirib. Ancaq bütün bunlara baxmayaraq rejim ordusu şəhərə yalnız 1 kilometr yaxınlaşa çata bilib. Buna səbəb isə İŞİD-in bölgəyə döşədiyi minalardır.
Yerli qaynaqlar rejimin şəhəri ələ keçirdikdən sonra, şərqdəki Sukna bölgəsinə doğru irəliləməyi planlaşdırdığını deyir. Burada isə əsas hədəf İŞİD-in qalalarından olan Deyr əz-Züra girməkdir.
Rejim ordusundan ayrılan hərbi mütəxəssis polkovnik Əhməd Rahalın fikrincə Əsəd və Rusiya dünyadakı ən məşhur antik şəhərlərdən biri olan Palmiranı ələ keçirərək özlərini dünya mədəni irsinin qoruyucuları kimi göstərmək və prestij qazanmaq istəyir.
Palmiranın digər əhəmiyyəti isə rejimin uzunmüddətli enerji strategiyası ilə bağlıdır. Şəhər uzun müddətdir işləməyən bir təbii qaz boru xətti üzərində dayanır. Müharibədən əvvəl bu xəttin 1500 kilometr uzunluğunda İran-İraq-Suriya-İraq təbii qaz boru xəttinin bir hissəsinə çevrilməsi planlaşdırılırdı.
İrəliləmə strategiyasını enerji xəttləri üzərinə quran İŞİD də bu bölgəni tərk etmək istəmir və qarşıdurmalar tarixi şəhər yaxınlığında davam edir.