ABŞ Suriyaya görə Rusiyaya yeni sanksiyalar tətbiq edə bilər. Baki-xeber.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verib.
Lavrov Moskva rəhbərliyinin Rusiyaya yeni sanksiyalar tətbiq edilə biləcəyilə bağlı "okeanın o tayından" siqnallar aldığını bildirib.
"Rusiyanı bir çox problemin əsas səbəbkarı kimi göstərməyə çalışırlar. Okeanın o tayından Moskvanın Əsədə yetərli təzyiq göstərmədiyini əsas gətirərək Rusiyaya yeni sanksiyalar tətbiq etmək barədə siqnallar alırıq. Avropa Birliyində "Savçenko siyahısı" hazırlanması istiqamətində təkliflər var" - deyə Lavrov bildirib.