ABŞ və Rusiya Suriya lideri Bəşər Əsədin gələcəyi ilə bağlı müzakirələrin hələlik dayandırılması barədə razılığa gəlib. Baki-xeber.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Con Kerrinin Moskva səfəri haqda danışan Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib.
"Rusiya Bəşər Əsədin gələcəyi haqda hazırki müzakirələri məqbul saymır. Moskvanın bu mövqeyi Vaşinqtonda da qəbul edildi" – deyə nazir müavini bildirib.