"Paralelçilər kəşfiyyat məlumatlarını gizlədir, buna görə şəhid sayı artır”. Baki-xeber.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə Böyük Millət Məclisi komissiyalarının AKP-li üzvləri ilə bir araya gələn Ərdoğan, son vaxtlar şəhid sayısının artmasına görə, paralelçiləri (gülənçiləri) suçlayıb. O, gülənçi polis və hərbçilərin birbaşa Fətullah Gülənin təlimatı ilə hərəkət etdiyini deyib.
"Bölgədə terrorla mübarizə əməliyyatları davam edəcək. Geri addım atılmayacaq. Son günlərdə şəhid sayındakı artımın səbəbi, "paralel yapıya” yaxın polis və hərbçilərdən qaynaqlanır. Kəşfiyyat zəifliyi ola bilər. Bunun səbəbi də paralelçilərdir. Kəşfiyyat məlumatlarını paylaşmaqda problem yaradırlar, ya da düzgün məlumat vermirlər. Paralelçilərlə mübarizə bizim üçün ciddi məsələdir. Bu mövzuda ən yaxınım olsa belə, güzəştə getməyəcəyəm. Bu mübarizədə bir axsaqlıq olsa, buna səbəb olanlara qarşı tədbir görüləcək” – deyə Ərdoğan bildirib.