Kremldə ABŞ dövlət katibi Con Kerri ilə görüşən Rusiya prezidenti Vladimir Putin, Kerrinin Moskvada təyyarədən enərkən əlində götürdüyü çanta ilə bağlı yumoristik ifadələr işlədib.
Baki-xeber.com xəbər verir ki, Kerrini əlində çanta ilə gördüyünü deyən Putin bildirib: "Əlinizdə əşyalarla təyyarədən endiyinizi görəndə, bir az üzüldüm. Bir tərəfdən bunun demokratik bir hərəkət olduğunu düşündüm. Digər tərəfdən isə "ABŞ-da işlər deyəsən pisdir, xarici işlər nazirinin çantasını daşımağa kömək edəcək kimsə yoxdur” deyə düşündüm. Daha sonra da ağlıma bu fikir gəldi: - Bəlkə də çantada qiymətli şeylər vardı. Yəqin ki, əhəmiyyətli mövzularda bizimlə bazarlıq etmək üçün pul gətirmisiz”.