Bolqarıstandakı ABŞ səfirliyi Sofiyadakı sərnişin daşıma, xüsusilə insanların sıx olduğu yerlərə hücum xəbərdarlığı aldıqlarını bildirərək vətəndaşlarını bu bölgədən uzaq olmaları mövzusunda xəbərdar edib.
Baki-xeber.com xəbər verir ki, Amerika səfirliyi tərəfindən sosial media vasitəsilə edilən çağırışda bildirilir: "Amerika səfirliyinə Hotel Pliska yaxınlarında olan ancaq dəqiq bilinməyən avtobus xətti ya da xətlərinə hücum təhdidinə dair məlumat daxil olub".
Digər tərəfdən, vətəndaşlara Sofiyanın əsas bulvarlarından biri yaxınlığında olan bu bölgədən uzaq durmalarına dair xəbərdarlıq edilir.
Sofiya bələdiyyəsinin sədri isə bölgədə təhlükəsizlik qüvvələrinin artırıldığını deyib.