Suriya prezidenti Bəşər Əsəd Türkiyənin sabiq xarici işlər naziri Şükrü Sina Gülərlə görüşüb. Baki-xeber.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, Gülər Beyrutdan keçərək Dəməşqə gedib və Bəşər Əsədlə görüşüb.
Görüşdə B.Əsəd bildirib ki, Suriya xalqında Türkiyəyə qarşı düşmənçilik hissi yoxdur. Onun sözlərinə görə, hər iki ölkənin ərazi bütövlüyünün qorunması naminə Türkiyə və Suriya qarşılıqlı etimad çərçivəsində siyasət yürütməlidir.
Əsəd Gülərin "Türkiyəyə göndərmək istədiyiniz bir mesajınız varmı?" sualına da cavab verib. Gülər onun cavabını belə açıqlayır: "Mənə doğru iki addım atdı, əlini uzatdı və dedi ki, əvvəlcə bunu çatdırın, qardaş olmağa məcburuq”.