İraq ordusu və sünni silahlılar Mosulu İŞİD-dən qurtaracaq əməliyyata kəndlərdən başlayıb.
Baki-xeber.com xəbər verir ki, bu barədə açıqlama verən İraq müdafiə naziri Xalid əl-Ubeydi ölkənin ikinci böyük şəhəri Mosulu İŞİD-dən almaq üçün əməliyyatın başladığını bəyan edib.
Kürd televiziyası "Rudaw”ın yaydığı məlumata görə, Mosulu qurtarmaq əməliyyatı kəndlərdən başlayıb.
İraq ordusu və sünnilərin qatıldığı hərbi əməliyyata, peşmərgə də dəstək verir.