İngiltərənin keçmiş daxili işlər naziri Con Reid Brüsseldəki terror hücumlarının İngiltərədə də təkrarlana biləcəyini deyir.
Baki-xeber.com xəbər verir ki, bu barədə düşüncələrini açıqlayan keçmiş daxili işlər naziri bildirir ki, siyasətçilər, ingilis xalqına qarşı dürüst olub bunu söyləməlidirlər.
İngiltərədə 2005-ci ildə 56 nəfərin öldüyü hücumlardan qısa müddət əvvələ qədər daxili işlər naziri olan Reid, BBC-yə açıqlamasında Brüsseldəki hücumların İngiltərədə də təkrarlana biləcəyini deyib: "Bu hücumlar burada da olacaq. Əsas təhlükəsizlik baryerini bir dəfə aşmaqdır. Bir çox hücumun qarşısı alındı. Amma sonda bunu başaracaqlar".
Terrorçularin nəqliyyat və əhalinin sıx olduğu yerləri hədəfə alacaqlarını deyən Reid, təhlükəsizlik qüvvələrinin bu günə bir çox hücum cəhdinin qarşısını aldığını bildirib.