Rusiya daha 160 əsgər və 3 helikopteri Suridan çıxarıb. Baki-xeber.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Suriyanın Ximeymim hərbi hava bazasında xidmət edən 160 əsgər IL-76 tipli hərbi nəqliyyat təyyarəsilə bu ölkədən çıxarılıb.
Mi-35 tipli üç helikopter və AN-124 tipli bir yük təyyarəsi fə Moskvaya yola düşüb.
Ancaq Rusiyanın Suriyadan çəkiləcəyini inananlar çox azdır. Hələ də 24 müasir texnologiyalarla təchiz edilmiş bombardmançı Rusiya təyyarəsi Suriyada döyüşə hazır vəziyyətdə saxlanır.
Qərb diplomatik mənbələrinə görə, Rusiyanın Suriyadakı əsas hərbi qüvvələrini azaltma qərarından sonra 20 bombardmançı və 1 nəqliyyat təyyarəsi 15-16 mart tarixlərində Rusiyaya geri gönüb. Ancaq, Rusiyanın Suriyada hələ də 12 SU-24, 4 SU-30, 4 SU-34 və 4 SU-35 olmaqla 24 döyüş təyyarəsi var.
Hazırda Lazkiyedəki Ximeymim bazasında olan Su- 30, Su- 34 və Su- 35 tipli təyyarələri müasir texnologiyalarla təchiz edilib və yeni nəsil kütləvi qırğın bombaları daşımaq gücünə malikdirlər. Suriyada 12 ədəd SU-24 təyyarəsinin olması, Rusiyanın ardıcıl və geniş sahədə hər an bombardmana başlamağa hazır olduğunu göstərir.