Belçika Prokurorluğu, 31 nəfərin öldüyü və 270 adamın yaralandığı Brüssel hücumlarının arxasında İbrahim və Xalid Əl Bakraoui qardaşlarının olduğunu təsdiqləyib. İbrahimin hava limanında, Xalidin isə metrodakı hücumu təşkil etdiyi bildirilir.
Baki-xeber.com xəbər verir ki, prokuroru açıqlamasına görə, İbrahim Bakraouinin hava limanında bir zibil qutusunda olan kompüteri də tapılıb. Kompüterdə onun video formatında vəsiyyəti olub. Vəsiyyətdə İbrahimin "Polis hər yerdə məni axtarır, narahatam. Nə edəcəyimi bilmirəm. Artıq təhlükəsizlikdə deyiləm" ddediyi bildirilir.
Bakraouinin keçən həftə Belçikada tutulan Paris hücumlarının şübhəlisi Salah Abdeslamla bağlı isə "Sonumun onun yanındakı hücrədə olsun istəmirəm" dediyi qeyd edilir.
Prokuror, üçüncü şübhəlinin içində ən böyük miqdarda partlayıcıların olduğu çantanı ataraq qaçdığını bildirib. Bu məlumatların, dünən hücumdan əvvəl üç nəfəri aeroporta aparan taksi şöferinin ifadəsinə əsasən əldə etdiklərini deyən prokuror, bu məlumatlardan sonra bir mənzildə aprılan axtarışda böyük miqdarda partlayıcı maddələr ələ keçirdiklərini bildirib.
Prokuror, Belçika mətbuatının üçüncü şübhəli Laachraouinin Anderlextdə saxlanmasını iddialarını rədd edib.