Avropa Brüsseldə baş verən terror hadisələrinin şokundan çıxmamış, İŞİD Almaniyanı da təhdid edib. "Bild Online” yazır ki, İŞİD həm Belçikanı həm də Almaniyanı yeni hücumlarla hədələyib.
Baki-xeber.com xəbər verir ki, "abo_omar_170" adlı Twitter hesabından fransızca paylaşımda, "Siz bizi şərqdə bombalayırsız, buna görə biz də sizi qərbdə bombalayırıq. Gözə göz, dişə diş" deyə bildirilir. Sözügedən hesabda başqa bombaların da partlayacağı xəbərdarlığı edilir: "Daha çox bombaya və ölüyə hazır olun. Yaxında Almaniyada!".