Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Brüsseldəki terror aktları ilə əlaqədar bəyanat verərkən göz yaşlarını saxlaya bilməyib.
Baki-xeber.com xəbər verir ki, İordaniya xarici işlər naziri Nasir Cude ilə Əmmanda keçirilən ortaq mətbuat konfransında danışan Mogerini, Brüsseldəki qanlı hadisədən danışıb. "Avropa üçün kədərli bir gündür" deyən Mogerini göz yaşlarına hakim ola bilməyib. Çıxışı yarımçıq qalan Mogerininin İordaniya xarici işlər naziri sakitləşdirib.