Rusiya martın 22-dən birtərəfli qaydada Suriyada atəşkəsi pozanlara qarşı güc tətbiq etməyə hazırlaşır. Baki-xeber.com xəbər verir ki, bunu Rusiya Baş Qərargahı baş operativ idarəsinin rəisi, general-leytenant Sergey Sergei Rudskoy deyib.
Suriyadakı atəşkəsin pozulmasının qarşısının alınması üçün bir razılaşma mətni hazırlanması üzərində çalışıldığını deyən Rudskoy, ABŞ-a Moskva və ya başqa bir yerdə görüşmək təklifi göndərdiklərini bildirib: "18 martda Ümmanda keçirilən Rusiya-ABŞ danışıqları Vaşinqtonun razılaşma mətnini danışmağa və hazırlamağa hazır olmadığını göstərdi".
Onun sözlərinə görə, atəşkəs rejiminə nəzarətlə bağlı Rusiyanın martın 5-də ABŞ-a göndərdiyi sorğuya hələ də cavab verilməyib: "ABŞ-dan cavab gəlməyəcəyi halda, Rusiya martın 22-dən etibarən razılaşmada nəzərdə tutulan qaydaları bir tərəfli şəkildə tətbiq etməyə başlayacaq".