İrak Kürdüstanının lideri Məsud Bərzani onu devirməyə çalışan İrana sürpriz bir cavab verib.
Baki-xeber.com Türkiyənin "Yenişafak” qəzetinə istinadən xəbər verir ki, İran Kürdüstan Demokrat Partiyası (İ-KDP) baş katibinin müavini Hasan Şərəfi onlara bağlı peşmərgə güclərini İranın daxilinə göndərəcəklərini açıqlayıb. Şərəfi peşmərgənin xalqın içində olması və əlaqənin kəsilməməsi üçün qüvvələrini İranın içərisinə doğru göndərəcəklərini bildirib: "…ancaq bu bir müharibə elanı deyil. Yeni bir hərəkət taktikası da deyə bilərik. Əgər qüvvələrimiz, bir hücum olarsa özlərini müdafiə edəcəklər”.
20 ildən sonra Novruz şənliklərini İran-İraq sərhədində təşkil etdiklərinə diqqət çəkən Şərəfi bildirib ki, bunun səbəbi, orada yerləşən peşmərgə qüvvələri və sadə xalq arasındakı bağları gücləndirməkdir: "İrandakı xalqımıza yanlarında olduqları mesajını vermək üçün o bölgədə Novruz Bayramını qeyd etdik".
İ-KDP baş katibi Mustafa Hicri isə iki gün əvvəl peşmərgə qüvvələrini silahlı mübarizəyə başlamaq üçün İranın daxili bölgələrinə göndərəcəklərini bildirmişdi.