PKK terror təşkilatı Brüsseldəki AB-nin binası yaxınlığında çadır qurub. Türkiyənin etirazlarına baxmayaraq, Belçika rəhbərliyi, PKK-nın Brüsseldəki çadırını götürmək niyyətində deyil.
Baki-xeber.com xəbər verir ki, belçikalı rəsmilər İstanbuldakı terrorun ardından dünən qaldırılan PKK çadırının yenidən qurulmasına icazə verib.
Belçika, baş nazir Əhməd Davudoğlunun qatıldığı AB-Türkiyə Zirvəsi zamanı da sökülən PKK-nı təbliğ edən emblem və pankartların yenidən yenidən Brüsseldə asılmasına icazə vermişdi.
Martın 13-də Ankarada törədilən terror hücumundan iki gün sonra qurulan çadırda, qırmızı bültenle axtarılan terror təşkilatının Belçikadakı liderlərindən Remzi Kartal mətbuat konfransı keçirmişdi.