Rusiyanın əsas hərbi qüvvələrini Suriyadan çıxarmaq qərarı ciddi müzakirələrə səbəb olub. Putinin bu gözlənilməz qərarı daha çox Moskvanın növbəti hədəfi hara olacaq kimi suallara yol açıb.
"Washington Post” qəzeti yazır ki, Suriya əməliyyatları Rusiya ordusuna yeni imkan və qabiliyyətlər qazandırıb: "Xüsusilə sualtı raketlər, digər sistemlərin inkişafı və elit birliklər ortaya çıxdı”.
Beynəlxalq ekspertlərin fikrincə, Rusiya əsgərləri Suriyada professional olduqlarını və yaxşı bir təşkilatlanmaya sahib olduqlarını nümayiş etdirdilər.
"Əməliyyatlar başlayanda Vaşinqtonda rusların əməliyyatların tempini tuta bilməyəcəui düşünülürdü. Ancaq ruslar hamımızı haqsız çıxardı" - deyən Mark Galeotti, Rusiyanın yeni hərbi gücünü Əfqanıstanda və ya Orta Asiyada terrorla mübarizə əməliyyatlarında istifadə edə bilcəyini iddia edib.
Rusiyalı mütəxəssis İqor Sutyaqin isə 1990-cı ildən bu yana Avropada Rusiya ilə bir qarşıdurma yaşanması düşünülürdü: "Ancaq bu qarşıdurma ehtimalı Suriyadakı əməliyyatlarla aradan qalxdı".
Sutyaqinin fikrincə Qərb artıq müdafiə mövzusunda plan hazırlamaq məcburiyyətindədir.
Avropa Beynəlxalq Əlaqələr Şurasından Gustav Gresselə görə, 2008-ci ildə Gürcüstanda baş verən müharibə, Rusiya ordusunda islahat və modernizasiya işlərini gündəmə gətirdi.
Bir müddət əvvəl Gressel Rusiyanın müharibənin ardından "səssiz hərbi inqilab” reallaşdırdığını bildirmişdi.