Suriyadakı vətəndaş müharibəsinin yaratdığı xaosdan istifadə edən terror təşkilatı PKK, terrorçulara Suriyanın şimalında PYD-nin nəzarətində olan bölgələrdə 33 yeni düşərgə qurub.
Baki-xeber.com Anadolu agentliyinə istinadən xəbər verir ki, PKK/PYD Suriyanın şimalındakı Qamışlı, Derik və Dirbasiyedə nəzarəti ələ keçirdikdən sonra, illərlə Kandildi fəaliyyət göstərən düşərgələrini qruplar şəklində bu bölgələrə yerləşdirməyə başlayıb.
PKK-nın əsas fiqurları da Kandildən Suriyanın şimalında PYD-nin nəzarətində olan bölgələrə yerləşməyə başlayıb. Sözügeən ərazilərdə əsas sözsahibləri də PKK-çılardır.
2014-cü ilin avqustunda Suriyanın Karaçoğ bölgəsinə gələn "Bahoz Erdal" kod adlı Fehman Hüseyn, PKK/PYD bu ölkədəki fəaliyyətlərinə birbaşa rəhbərlik edir. Suriyanın şimalını 3 bölgəyə ayıran PYD, kantonlara rəhbərliyi də PKK-çılara həvalə edib. Belə ki, rəşkilat Afrin kantonuna "Derviş Suvar" kod adlı Sipan Hamonu, Kobaniyə "Seyit" kod adlı Şıvan Gever və Cezeriyə isə "Şahin Cilo" kod adlı Ferhat Abdi Şahini rəhbər gətirib.
Qeyd edilir ki, PKK / PYD rəhbərliyi xüsusilə 2013-dən bəri Suriyanın şimalındakı Qamışlı, Derik və Dirbasiye bölgəsinin nəzarətini ələ keçirdikdən sonra illərlə Kandildə fəaliyyət göstərən düşərgələrini buraya keçirməyə başlayıb.