Bazar günü günü, 22 noyabr 2026
     

Çanaqqala: Tarixin səhifəsində unudulmaz bir şan

Image


Rusların Sarıqamış müharibəsində Osmanlını zəiflətməsindən həvəslənən İngilətərə Çanaqqala hərəkatını planlaşdırdı. Fransızların yardımı ilə 19 fevral 1915-ci ildə Çanaqqalaya dənizdən hücum etdi. Bu arada Rusiya İstanbula iddialarını İngiltərə və Fransanın tanımasını istəyirdi. İstanbul və boğazlar, həmçinin Midye-Enez və Sakarya çayları da daxil olmaqla Marmara bölgəsinin ruslara verilməsi qəbul edildi. İtaliya aprelin 26-da London anlaşmasına qatıldı.
İmperialist güclərə görə, balkan ordularına belə məğlub olan Türk orduları rus, ingilis, fransız orduları qarşısında dayana bilməyəcəkdilər. Beləcə, 1915-ci ildə Çanaqqalaya sahib olmaq üçün üç imperatorluğun ordusu, meydanda ingilislər, fransızlar, avstraliyalılar, anzaklar, ruslar-bütün dünya, qarşılarında isə vətənini sevən, əsla təslim olmaq istəməyən türklər vardı.
İngiltərə krallığının donanma başçısı Vinston Çörçill boğazın donanma ilə keçilməsi planını hazırlayır və bildirir ki, dəniz savaşı ilə boğazı daha tez işğal edib İstanbulu ələ keçirmək olar. Bir sabah İngiltərə və Fransaya aid hərbi dəniz gəmiləri Bozca adasından Çanaqqala boğazının sahil sularına daxil olaraq Osmanlı ordusunun sahildə yerləşən müdafiə istehkamlarına atəş açır. İngilis hərbi gəmiləri Seddülbahir və Ertoğruldakı, fransız gəmiləri isə Qumqala və Orhaniyyədəki müdafiə sədlərini top yağışına tutur. Türk topçularının da atdıqları hər mərmi hədəfə dəyir, düşmənin savaş gəmilərini havaya sovururdu. Müttəfiqlərin dəniz qüvvələri müharibənin taleyini həll etmək üçün boğaz sahillərinə əlavə qüvvə göndərərəka dünyanın ən böyük dəniz müharibəsini başlatmışdılar. Mustafa Kamal Paşanın ağlı, zəkası və şanlı türk ordusunun vətən sevdası hər tərəfdən edilən hücumların qarşısında tab gətirir, düşmənin savaş gəmilərini dənizin sularına qərq edirdilər.
1915-ci il martın 17-dən 18-nə keçən gecə düşmən cəbhəsi müharibənin taleyini həlledən son əməliyyata başlayır. Savaş gəmilərində 250-dən artıq top yerləşdirib, sahilboyu 10 müdafiə istehkamı qurur. Türklərin isə cəmi 170 köhnə topu vardı. Buna baxmayaraq türk ordusu həlledici döyüşə hazır idi. Martın 17-si axşamdan minbaşı Nəzmi bəy, "Nüsrət" adlı mina gəmisi ilə boğaz sularına 11 xəttən mina düzməyə başlayır. Hava işıqlanana qədər düzülən minaların sayı 400-ə çatır. O zaman heç kimin ağlına gəlməzdi ki, "Nüsrət"in tökdüyü minalar tarixin ən qorxunc dəniz savaşının sonunu gətirəcək. 18-i səhər tezdən düşmən gücləri rəmzi olaraq 18 savaş gəmisi ilə döyüşə atılır. Fransızların "Triumf" adlı zirehli gəmisindən sabahın bağrını dələn tükürpədici atəş açılır. Rumeli, Məcidiyyə və Hamidiyyə istehkamları vurulur. Lakin İstanbulu işğal etməyin Çanaqqala variantının mənasız olduğunu dərk edən generallar qüvvələrini geri çəkmək istəyərkən bu dəfə "Nüsrət"in tələsinə düşür və suların qoynuna qarışır.
Martın 18-i axşama doğru türk cəbhəsində nisbətən sakitlik olsa da, uzaqdan sonuncu düşmən gəmisi yavaş-yavaş boğaza yaxınlaşırdı. Bu mövqedə tək sağ qalan Seyid onbaşı və bir ədəd qalmış 200 kilodan artıq ağır mərmini qaldırıb topun lüləsinə qoyur və boğaza yaxınlaşan düşmən gəmisinə tuşlayır. Gəminin gövdəsi dağılaraq yavaş-yavaş suyun dibinə enməyə başlayır. Çanaqqala uğrunda su savaşında atılan bu sonuncu mərmi qanlı müharibənin taleyini həll edir. Qoca Osmanlı 250 min şəhidi ilə birlikdə bu tarixi qələbəni sevinclə qarşılayır. Çanaqqala savaşını imperialist ölkələr tarixinə ən başarısız, utancverici deyə yazarkən Qəhrəman Türk Xalqı "Çanaqqala keçilməz" deyə yazdı.
Dəniz savaşı məğlubiyyətlə sona yetsə də, Çörçill inad edir. Boğazdakı topçu batareyalarını ələ keçirmək üçün ingilis və fransız qüvvələri aylarla mücadilə edir. Mustafa Kamal Paşanın ehtimalında olduğu kimi düşmən son gücünü toplayaraq martın 25-də Seddülbahirdən quruya qoşun çıxarır və bir ay bu istiqamətdə qanlı quru müharibəsi baş verir. Aprelin 25-də Qumqala, Beşike, Bolayır, Seddülbahir, Arıbumu, Qabatəpə, Conkbayır və Anafartlarda gedən döyüşlərdə hər iki tərəf çoxlu sayda itki verir.a Mustafa Kamal Paşa "Mən sizə taarruz əmr etmirəm, ölməyi əmr edirəm. Biz ölüncəyə qədər keçən zaman içində yerimizə başqa qüvvələr, başqa komandanlar gələr" deyərək tarixdə ən böyük Sipər Savaşını başlatmış oldu. Türklərin düşmənə divar olmaq, ölmək üçün sadəcə növbəsini gözləməsi avropalıları heyrətə gətirmişdi. Sipər savaşından əmin oldular ki, bu müharibəni uduzublar - türk xalqının vətən sevgisinə, inamına və inancına. Quru savaşlarda da istədiyinə nail ola bilməyən İngiltərə və Fransa qüvvələrini dekabrın 19-20-də Anafartlar və Arıburnunu, 1916-cı il yanvarın 8-9-da Seddülbahir cəbhələrindən geri çəkir. Türkiyəni məhv etmək məqsədilə ordularını Çanaqqalaya çəkən dövlətlər 1915-ci ilin dekabrında Gelibolu bölgəsini və Çanaqqalanı tamamilə tərk edirlər. Beynəlxalq siyasət və diplomatiya tarixi baxımından Antanta ölkələrinin bütün diplomatik və siyasi gedişlərini darmadağın edən Türkiyənin ortaya qoyduğu əhəmiyyətli nəticəni etiraf etməkdən başqa qərbin heç nəyə gücü çatmadı.
Çanaqqala savaşı türkün cəsarətini, qəhrəmanlığını nümayiş etdirməklə bərabər həmçinin humanist ruhunun, barış istəyinin ifadəsi oldu. Mustafa Kamal Paşa düşmanın bayrağını ayaqlar altından qaldıraraq "Düşman da olsa bayrağıdır, ayaqlar altında əzilməsinə müsaidə etməm" söyləmişdi. Onun 1934-cü ildə anzaklı analara xitabən yazdığı məktubda: "Uzaq məmləkətlərdən gəlib bu torpaqların üstündə qan tökən qəhrəmanlar, burada dost bir ölkənin torpağındasınız. Mehmetciklərlə yan-yana, qoyun-qoyuna hüzur içində uyuyun. Uzaq diyarlardan evladlarını hərbə göndərən analar, göz yaşlarınızı dindirin, evlatlarınız bağrımızdadır. Sonsuzadək burada huzur içində rahat uyuyacaqlar. Bu torpaqlar uğrunda canlarını verdikdən sonra artıq bizim evlatlarımız olmuşar" yazmışdır.
Çanaqqala
savaşında
Azərbaycan
Türkləri vardımı?
Birinci Dünya Savaşından əvvəlki Balkan və Sarıqamış müharibələrinə baxsaq oradan mənzərəni tam aydın görərik. İstanbulda Azərbaycandan axın etmiş könüllülərdən ibarət "Qafqaz Könüllü Qitəsi" təşkil edilmişdi. Onların içərisində Əhməd Cavad və Abdulla Şaiq kimi məşhur şairlər də vardı. Türkiyədə olan böyük turançı şair Əli bəy Hüseynzadə müxtəlif xəstəxanalarda həkim kimi ciddi çalışmalarına başlamışdır. Qısası Balkan savaşlarında Azərbaycan türkləri gücü və maddi imkanları daxilində sözün həqiqi mənasında, bir-biri ilə yarışmışlar. (bunlar tarixin hər səhifəsində bulunmaqdadır).
Birinci Dünya Savaşının ən sıxıntılı günlərində "Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti"nin Anadoluya çox önəmli yardımlar təşkil etdiyi məlumdur. Anadoluda özəlliklə erməni zülmləri nəticəsində yetim qalan uşaqları, qadınları, yaşlıları qorumaq üçün də fəaliyyət göstərirdi və bu amacla "Qardaş köməyi" adlı olduqca geniş və yaxşı təşkil edilmiş bir yardım səfərbərliyi həyata keçirmişdi. Deməli, Balkanlarda, Sarıqamışda Azərbaycan türkləri həm könüllü döyüşçüsü, həm də maddi və mənəvi dəstəyi ilə Osmanlı dövlətinin yanında olubsa heç şübhəsiz ki, Çanaqqala savaşına da qatılıblar. Tədqiqatlar göstəriri ki, Şimali Azərbaycandan olan könüllülər Tiflisə toplaşaraq, Cənubi Azərbaycandan olan könüllülər isə öz ərazilərindən Geliboluya getmiş, quru savaşlarına qatılmışlar. Böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlının "Ədirnə fəthi" əsərində dünya savaşlarında, Özəlliklə də Çanaqqala cəbhəsində xeyli Azərbaycan türkünün bilavasitə Osmanlı ordusu sıralarında savaşdıqlarından bəhs edilir.
XX əsrin əvvəllərində Azərbaycanda mədəni türklüyün siyasi türklüyə çevrildiyi dönəmdə ölkədə güclü türkçülük ideyaları yaranmış, xalqın milli istiqlalı bu ideyalar üzərində pərvəriş tapmışdır. Cəmiyyətin varlı, ziyalı, insanları, döyüşçüləri Osmanlıya - din qardaşlarna yardıma qoşsalar da, damarlarındaki qan bağlılığı daha güclü idi. Eyni zamanda dövrün maarifçiləri, Hacı Zeynalabdin Tağıyev kimi varlı insanları xalqı öz kökü üzərində böyüməyə - türklüyünə körüklənməyə təşviq edirdi. Lakin təəssüf ki, nə Balkanlarda, Sarıqamışda, Çanaqqalada, nə də Qurtuluş Savaşında döyüşən azərbaycanlıların dəqiq siyahısı, hələ ki, təsbit edilməyib. Bunun bir çox səbəbi ola bilər. Ehtimallara görə, qardaş qardaşına, dindaşına yardıma gedərkən qeydə alınmağa, siyahıya düşməyə ehtiyac duymamış. çar Rusiyasının müstəmləkəsi olan Azərbaycanda bu qeydiyyatı aparmaq Osmanlıya savaşa gedən könüllülərin ailələrinin həyatı üçün təhlükədə ola bilərdi. Və ya başqa bir səbəb sovetlər arxivlərin yandırılması mümkündür. Amma ümidimizi üzməyək, bir gün arxivlər bizim gözlədiyimizdən də gerçək sənədlər ortaya qoya bilər.
Birinci Dünya Savaşından İstiqlal Savaşına, bir çox cəbhədə savaşlara qatılmış, Kurmay Albay Rəhmi Apak, "Yetmiş yaşlı zabitin xatirələri" adlı kitabında diqqət çəkən bir olaya yer verir. Bu, Malazgirt Ovası ətrafında baş verən bir savaşdan sonra başına gələn hadisədir. Apakın anladığına görə, burada baş verən bir vuruşmada rus birliyi məğlub olur və geri çəkilir. Birliyin komandir müavinin otağına girən türk zabiti masanın üzərində Azərbaycan şivəsində yazılmış bir məktub tapır. Məktubda bu ifadələr yazılırdı: "Ey Müsəlman və türk qardaşlar, Rusun qüvvəti tükənmişdir. Bilhassa Girmaniya (Almaniya) cəbhəsində çox Qırğına uğramışdır. Fəqət rusun bir taltıkası vardır. Her yerdə qüvvətlərini zəif buraxır, bir yerə toplar və oradan saldırır. Əgər siz də bütün cəbhədə birdən hücuma keçərsinizsə, onu yenərsiniz. İnşallah Qarsda görüşürüz..."
Apakın yalnızca soyadını andığı ve "igid" olaraq təqdim etdiyi Süleymanov bu davranışıyla türk ordusuna önəmli bir yardım etmiş, ayrıca tabeçiliyndəki əsgərləri başqa yerə yönləndirərək türk ordusunu ciddi bir təhlükədən uzaqlaşdırmışdır. Apak bu Azərbaycanlı zabit ile ilgili bölümün başlığını "Türkün böyük övladı Süleymanov" qoyur . Bu siyahıya Şəkidən olan general Sarıkərimli qardaşlarını da əlavə edə bilərik.
(Rahmi Apak, Yetmişlik bir Subayın Hatıraları, Ankara, "Türk Tarih Kurumu" yayınları, 1988, s. 113-114. 8)
Balkanlar, Çanaqqala və Qurtuluş və Cahan savaşlarında Türk xalqının bir araya gətirən asaləti, qəhrəmanlığı və dünyaya nümunə olacaq savaş əxlaqı idi. Sonralar bunu imperialist ölkələrin generalları da etiraf etdilər. Bu qəhrəman və asalətli evladları dünyaya gətirən Türk qadını onları Vətənə-Millətə xeyirli evlad olması üçün böyütmüşdür. Bu gün də qəhrəman Türk xalqının gözəl əxlaqlı və açıq zehniyyətli gəncliyə böyük ehtiyacı var.
Rəsmiyyə Rzalı-Qarayeva





DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ