Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini Azərbaycan Prezidentinin əfv sərəncamı imzalamasına münasibət bildirib.
APA-nın məlumatına görə, bu barədə o, "twitter” hesabında qeyd edib. "Azərbaycandan insan haqları ilə bağlı yaxşı xəbər almışıq. Bu, 2 həftə əvvəl Bakıda apardığımız danışıqlardan sonra ruhlandırıcıdır. Biz insan haqları istiqamətində işləməyi davam edəcəyik”, - deyə o bildirib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv sərəncamı imzalayıb.