Bazar günü günü, 22 noyabr 2026
     

Rusiya türkmən qazını özbək qazına dəyişdi, Azərbaycanın layihəsi şans artırır

Image


Məlum olduğu kimi, Rusiyanın enerji nəhəngi sayılan "Qazprom" türkmən qazının alışından imtina etdiyini bildirib. "Turkmənqaz" ilə müqaviləni pozan "Qazprom" türkmən tərəfini müqavilənin dayandırılması üçün şərait yaratmaqda ittiham edib. Şirkət bununla bağlı bildirir: "2016-cı ilin yanvarında "Turkmənqaz" tərəfindən sazişdə ciddi pozuntulara yol verilməsi nəticəsində biz Türkmənistandan qaz alışının dayandırılması barədə şirkətə xəbərdarlıq etmişik".
"Qazprom" bəyan edib ki, 2010-2015-ci il türkmən qazının qiymətini yenidən nəzərdən keçirməyi tələb edib. Lakin razılıq əldə olunmayıb. Xatırladaq ki, hələ 2008-ci ilin böhranının əvvəlindən "Qazprom" alınan türkmən qazının qiymətinə yenidən baxmağa çalışıb. Keçən ilin ortalarında "Qazprom" qiymətə yenidən baxılması ilə bağlı Stokholm arbitrajında "Turkmənqaz"a qarşı iddia qaldırıb. 2014-cü ildə 11 milyard kubmetr olan alışlar 2015-ci ildə 3 milyard kubmetrə düşüb. 2016-cı ilin yanvar ayından "Qazprom" türkmən qazının alışını dayandırmaq qərarına gəlib. Bu arada məlum olub ki, "Qazprom" Özbəkistanın "Özbəkneftqaz" şirkəti ilə cari ildə 4 milyard kubmetr həcmində qazın alınmasına dair saziş imzalayıb. Sazişin "Qazprom"un "Turkmənqaz"la münasibətlərinin gərginləşməsi fonunda imzalanması diqqəti cəlb edir. Aşqabada görə, Rusiya heç bir əsas göstərmədən türkmən qazının alışını azaldır. Əslində isə Rusiya türkmən qazına beynəlxalq bazarda ciddi rəqibi kimi baxır. İlk növbədə Türkmənistan qazının Avropa bazarına çıxması yolunda əngəllər yaradır. Təbii ki, bu durumda Türkmənistan üçün yeni marşrutlar xüsusi aktuallıq kəsb edir. Yeni marşrut qismində isə ən əlverişlisi barəsində uzun illərdir söhbət açılan "Transxəzər" qaz kəməri çıxış edir. Hesab olunur ki, Rusiya ilə yaranan münasibətlər üzündən Aşqabad "Transxəzər" qaz kəmərinin çəkilişini sürətləndirəcək. Qərb ölkələri də bu məsələdə Türkmənistana hərtərəfli dəstək verir.
Qeyd edək ki, "Transxəzər" qaz kəməri vasitəsilə Türkmənistan qazı Xəzər dənizindən keçməklə "Cənub Qaz Dəhlizi" ilə Avropaya nəql edilə bilər. Bu qaz kəməri, reallaşacağı təqdirdə, Xəzərin dibindən keçməklə dənizin Türkmənistan və Azərbaycan sahillərini birləşdirməlidir. Sözügedən kəmərlə nəql olunacaq türkmən qazının daha sonra TANAP kəməri ilə Türkiyə üzərindən Avropaya nəqli planlaşdırılır. TANAP-ın inşasının intensiv şəkildə davam etdiyi bir vaxtda "Transxəzər"ə maraq daha da artır. Avropa ilə yanaşı, qardaş Türkiyə də qeyd olunan kəmərə böyük maraq göstərir. Məsələyə ötən ay Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclasında geniş diqqət yetirildi. İclasın sonunda qəbul olunan yekun bəyannamə Azərbaycan qazının Avropa üçün əhəmiyyətini bir daha gündəmə gətirdi. Belə ki, bəyannamədə Avropa bazarının Azərbaycanın enerji daşıyıcıları ilə etibarlı, təhlükəsiz və davamlı şəkildə təminatı məqsədilə enerji resurslarının istehsalçıları, tranzit ölkələr və istehlakçılar arasında uzunmüddətli strateji münasibətlərin inkişafı və dərinləşməsinin məramı vurğulanır. Həmçinin, burada Azərbaycan rəsmiləri bir daha bəyan etdilər ki, Türkmənistan və İran qazını da Azərbaycan Avropaya ötürməyə hazırdır. İndilikdə isə "Cənub Qaz Dəhlizi" üçün əsas mənbə "Şahdəniz"dir.
Azərbaycanın ən böyük təbii qaz yatağı hesab olunan "Şahdəniz"in ehtiyatları 1,4 trilyon kubmetr hesab olunur. Yatağın ilkin fazası "Şahdəniz -1" 2006-cı ildə istifadəyə verilib və ildə 9 milyard kubmetr təbii qaz istehsal edir. "Şahdəniz - 2" isə yatağın əsası hissəsini təşkil edir və bu hissənin istismarı "Cənub Qaz Dəhlizi" vasitəsilə 2018-ci ildə reallaşacaq. İlkin istismar 16 milyard kubmetr nəzərdə tutulur. Bunun 6 milyard kubmetri Türkiyənin daxili istehsalına sərf olunacaq, yerdə qalanı isə Avropaya ötürüləcək. Amma "Transxəzər" həyata keçəndən sonra Avropa istiqamətində daha böyük həcmdə qaz nəqli gözlənir. Azərbaycan və Türkmənistan, həmçinin Avropa hesab edir ki, "Transxəzər" kəmərini çəkmək üçün onun keçdiyi ölkələrin razılığı kifayətdir. Yəni kəmər Türkmənistan və Azərbaycanın Xəzərdəki milli sektorlarından keçdiyi üçün Bakı və Aşqabadın razılığı layihənin həyata keçirilməsi üçün kifayət etməli idi. Amma bəllidir ki, Xəzərdə güclü hərbi donanma saxlayan Rusiya buna qarşı çıxır. Moskva dəfələrlə qəti şəkildə bildirib ki, Xəzərin dibindən kəmərlərin çəkilməsi ancaq bütün sahilyanı ölkələrin ümumi razılığı əsasında baş tuta bilər. Kremldə hesab olunur ki, "Transxəzər" kəməri birbaşa Rusiyaya qarşıdır və Avropanın qaz bazarında "Qazprom"un mövqelərini zəiflətmək üçün irəli sürülüb. Lakin Avropa əks mövqedən çıxış edir və kəmərin çəkilişinə dəstək verməyə hazır olduğunu bildirir.
Tahir TAĞIYEV 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ