Bazar günü günü, 22 noyabr 2026
     

Türkiyə üçün kürd separatizmini böyütmək təhlükəsi artır

Image


Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə rus hərbi qüvvələrinin Suriyadan geri çəkilməsi hazırda ən əsas müzakirə mövzularından birini təşkil edir. Qeyd edək ki, martın 14-də Putin müdafiə naziri Sergey Şoyqunu və xarici işlər naziri Sergey Lavrovu Kremlə çağıraraq onlara Suriyada hərbi əməliyyatların dayandırılması, əsas qüvvələrin martın 15-dən etibarən bu ölkədən çıxarılması barədə əmri çatdırıb.
Putin əmri belə əsaslandırıb ki, Rusiya Hava-Kosmik Qüvvələri Suriyada qarşıya qoyulmuş vəzifələri əsasən yerinə yetirib və indi Rusiyanın öz qüvvələrini geri çəkməsi sülh prosesi üçün yaxşı şans yaradacaq. Bu fonda gözlənirdi ki, rus hərbçilərinin Suriyadan çıxarılması Türkiyə üçün yaradılan kürd təhlükəsinin də aradan qalxmasına şərait yaradacaq. Belə ki, təhlükəli kürd yaraqlılarının zərərsizləşdirilməsi üçün Türkiyənin, lazım gələrsə, Suriyada hərbi əməliyyatlara başlaması üçün əlverişli şərait yaranırdı. Amma artıq bəlli olur ki, Moskva bu sahədə yenə Türkiyəyə qarşı düşmən mövqe tutur. Belə ki, Rusiya Suriyadakı Hmeymim və Tartus Hərbi Hava Bazasına yerləşdirdiyi "S-400" hava müdafiə sistemlərini geri çəkməyəcək. Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey İvanov bildirib ki, Rusiya bu qərarı Suriyanın hava məkanının qorunması üçün verib: "Ancaq geri çəkilmə planı çərçivəsində Suriyanın Hmeymim Hərbi Hava Bazasında saxlanan "Su-24" bombardman, "S-25" qırıcı və "Su-34" qırıcı-bombardmançı təyyarələrinin bir qismi artıq İraq və İran üzərindən Voronejdəki Rusiya hərbi bazasına çatıb".Onun sözlərinə görə, zenit kompleksləri Suriyada qalan təyyarələri effektiv qorumaq üçün lazım olacaq. Zenit komplekslərindən əlavə, bazada dəniz və qurudan gələcək təhlükələrə qarşı müdafiə vasitələri də qalacaq. Təbii ki, bu vəziyyət Türkiyənin Suriya ərazisində təhlükəli qruplaşmaları zərərsizləşdirməsinə böyük maneədir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə eyni zamanda Suriyanın indiki hakimiyyətinə dəstəklərinin davam edəcəyini bildirir: "Rusiya hərbçilərinin Suriyadan çıxarılması haqda qərar Kremlin Bəşər Əsədin mövqeyindən narazı olması demək deyil". O, Rusiyanın Suriyadakı münaqişənin dinc yolla tənzimlənməsi mövqeyindən çıxış etdiyini də vurğulayıb. "Rusiyanın Suriyada hərbi əməliyyatları bərpa etməsi mümkündürmü" sualına mətbuat katibi belə cavab verib: "Bu nəzəri mühakimədir. Biz nəzəri mühakimələri proqnozlaşdırmırıq".
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bildirir ki, Rusiya qüvvələrinin qismən geri çəkilməsi Bəşər Əsədi zəiflətməyəcək. Onun sözlərinə görə, Moskva əvvəlki tək Əsədə dəstək verəcək. Qeyd olunduğu kimi, bu vəziyyət Türkiyə üçün Suriya ərazisindən gələn radikal kürd təhlükəsinin aradan qalxmasına imkan vermir. Eyni zamanda, rus hərbçilərinin burada qalması Suriyadan Türkiyəyə qaçqın axınının davam edəcəyini də göstərir. Belə hal isə Türkiyə iqtisadiyyatı üçün əlavə yükdür. Bunun qarşısını almaq məqsədilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında qaçqınların yerləşdirilməsi üçün şəhər tikməyi təklif edib: "Yeni şəhərin infrastrukturunu Türkiyə yaradacaq, tikinti işləri isə beynəlxalq ictimaiyyətin dəstəyi ilə həyata keçiriləcək. Biz orada Suriyanı tərk etmək məcburiyyətində qalanları, hətta Türkiyədə sığınacaq tapanları da yerləşdirə bilərik. Hər şey qəbul ediləcək qərardan asılıdır. Əzm və iradə göstərmək lazımdır". Onun sözlərinə görə, Türkiyə sərhədlərinin bilavasitə yaxınlığında yerləşəcək və 4,5 min kvadrat kilometr sahəni əhatə edəcək yeni şəhərin arxitekturası yerli ənənələrə cavab verə bilər: "Qərb ölkələrindən fərqli olaraq, Türkiyənin qapısı qaçqınlara açıq olaraq qalacaq. Amma daha şüurlu olmaq lazımdır. Bu problemi birlikdə həll etməliyik".
Lakin nazırda problemin həlli üçün real addımlar atılmır. Belə görünür ki, Türkiyə üçün Suriya problemi hələ aktuallığını qorumaqda davam edəcək. Məsələnin həllinə böyük dövlətlər hələ də laqeyd münasibət bəsləyir. Hətta iddialar səslənir ki, Suriyadakı vəziyyətlə bağlı ABŞ-la Rusiya arasında gizli razılaşma mövcuddur. Çünki fevralın 27-də tərəflər arasında bu ölkədə atəşkəsə dair razılıq əldə edilib. Düzdür, bu rejimə ciddi əməl edilməsə də, bütün hallarda silahlı münaqişə aparan tərəflərin arxasında duran əsas qüvvələr özlərini göstərməyə məcbur oldu. Ona görə hesab etmək olar ki, yaxın günlərdə Suriyada yeni siyasi hadisələr baş verəcək. Ölkənin siyasi-inzibati xəritəsində, hətta dövlət quruluşunda dəyişikliklər belə mümkündür.
Çünki Suriyanın federallaşmasını Moskva və Vaşinqton dəstəkləyir. Kremlin başlıca müttəfiqi sayılan İran isə Rusiyanın bu təklifinə qarşıdır. Üstəlik, Suriyanın federallaşması burada kürdlərin əlavə səlahiyyət əldə etməsinə səbəb olacaq. Bu isə Türkiyə üçün kürd təhlükəsinin daha da böyüməsi deməkdir.
Tahir TAĞIYEV 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ