Türkiyəli parlamentarilər Naxçıvana səfər edəcəklər. Bunu Trend-ə Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar deyib.
Onun sözlərinə görə, səfər yaxın iki ayda gözlənilir: "Səfərin tarixi dəqiqləşdirilir".
N.Ünüvar qeyd edib ki, Naxçıvan Türkiyə üçün xüsusi əhəmiyyətə malikdir: "Naxçıvanın böyük turizm və iqtisadi potensialı var".
Necdet Ünüvar deyib ki, Azərbaycan Türkiyəni ağır günlərində tək qoymadı ki, bu da iki qardaş ölkənin münasibətlərində vacib göstəricidir.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin Ankaraya səfəri Azərbaycan-Türkiyə münasibətlərinin necə inkişaf etdiyinin daha bir göstəricisi oldu.