Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri iki ölkə arasındakı münasibətlərdə yeni bir səhifə açdı. Bunu Trend-ə Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
F.Ağamalı bildirib ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci toplantısı Azərbaycanda olmalı idi: "Türkiyədə iki dəfə baş vermiş terror aktı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya gəlməsinə imkan vermədi və bu da başa düşüləndir. Çünki hər iki terror aktı xeyli sayda insan həyatına son qoydu. Belə bir vəziyyətdə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfər etməsi iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin nə qədər dərin köklərə bağlı olduğunu göstərdi”.