Türkiyənin "Cumhuriyet” qəzeti ABŞ səfirliyinin öz vətəndaşlarına Ankarada terror təhlükəsinin olması barədə xəbərdarlıq etdiyini yazıb.
Xəbərdə o da bildirilir ki, bununla bağlı bildiriş səfirliyin saytında yer alıb. Lakin xəbərdarlığın sayta yalnız ingilis dilində qoyulması diqqət çəkib. Xəbərdarlıqda Ankaranın , Anıtkabir də daxil olmaqla, insanların sıx olduğu bir neçə məkanının ehtimal olunan terrorun gerçəkləşdiriləcəyi yer ola biləcəyi bildirilib.