Putinin Rusiya qoşunlarının əsas hissəsinin Suriyadan çıxarılması barədə qərarının ardından hər kəsi maraqlandıran məsələ Əsədin taleyinin bundan sonra necə olacağıdır. Məsələ burasındadır ki, Suriyada əməliyyatlara başladığı ilk günlərdən Əsədin bir nömrəli müdafiəçisinə çevrilən Rusiyanın birdən-birə Suriyadan çəkilmək barədə qərar qəbul etməsi və elə ertəsi gündən qərarın icrasına göstəriş verməsi heç cür gözlənilən deyildi. Ən azı, onun Əsədin taleyinə aydınlıq gətirildikdən və ya buna hansısa şıkildə qarant duracağı gözlənirdı. Məsələ ilə bağlı Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov isə deyib ki, Putin Suriya prezidenti Bəşər Əsədlə onun taleyini müzakirə etməyib.
Lakin bununla belə, Putinin Bəşər Əsədlə qoşunların Suriyadan çıxarılmasını müzakirə etdiyi xəbər verilir. O halda maraqlıdır, Putin Əsədi yarı yolda buraxdı?