Rusiya prezidenti Vladimir Putin Rusiya ordu birləşmələrinin Suriyadan çıxarılmasına başlanması barədə göstəriş verib. Baki-xeber.com xəbər verir ki, Putin bu bərədə müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrovla görüşdə bildirib.
Putin müdafiə nazirinə, qarşıya qoyulan vəzifələr icra olunduğuna üçün martın 15-dən etibarən Suriyadan rus qoşunlarının geri çəkilməsinə başlanması barədə təlimat verib.
O, Suriyadakı Rusiya hərbi qüvvələrinin sülh prosesi üçün lazımi şəraiti yaratdığını deyib: "Hesab edirəm ki, Müdafiə Nazirliyi və Silahlı Qüvvələr qarşısında qoyulan vəzifə, ümumilikdə, icra edilib. Buna görə müdafiə nazirinə ordu birləşmələrinin əsas hissəsinin sabahdan etibarən Suriyadan çıxarılmasına başlamağı əmr edirəm”.
Hmeymim hərbi hava hərbi bazası və Tartus hərbi dəniz bazasındakı Rusiya hərbi qüvvələri isə yenə də orada qalacaq və onlar burada atəşkəsə nəzarət edəcək. Putin bildirib ki, bu bazalar qurudan, dənizdən və havadan "möhkəm bir şəkildə” qorunacaq.
Rusiya lider əsgərlərin ölkədən kənarda qarşıdurma bölgəsi ilə ortaq sərhəd olmadan silahlı hərbi əməliyyatlar aparmaq qabiliyyətini sərgilədiyini deyib. O bildirib ki, Rusiya əsgərlərinin dəstəyi ilə Suriya ordusu və Suriyanın vətənpərvər qüvvələri, beynəlxalq terrora qarşı mübarizədə vəziyyəti köklü şəkildə dəyişməyi və az qala bütün istiqamətlərdə üstünlüyü ələ keçirməyi bacardı.